Azərbaycan İdeyası

Tıxacdan qurtulmağın YOLLARI – Bakıda dəniz marşrutu AÇILIR?

Tarix:24-09-2024, 14:34
Baxış Sayı:3

Tıxacdan qurtulmağın YOLLARI – Bakıda dəniz marşrutu AÇILIR?

Xəzər dənizində “Mirvari” adlı gəmi ilə dəniz gəzintisi yenidən bərpa ediləcək. Bu xəbərdən sonra sosial şəbəkələrdə bir çox müzakirələr başlayıb. Insanlar düşünür ki, Azərbaycanda dəniz marşrutu fəaliyyətə başlaya bilər və gəmi vasitəsilə insanlar bir məntəqədən digərinə gedə bilərlər. Biz qonşu ölkələrdə bu təcrübə ilə tanışıq. Əsasən də Bakıda son dönəmlər tıxacın və sıxlığın kəskin artması bu tip fikirlərin ortaya çıxmasına səbəb olur. Artıq canından usanmış insanlar da həll yolları axtarırlar.

Bəs Azərbaycanda dəniz marşrutuna keçmək nə dərəcədə real və effektiv görünür?

Qeyd edək ki, Lənkərana əvvəllər əsas nəqliyyat gəmi ilə olub. Sonralar dəmir yolu və avtomagistral yolun tikilməsi ilə bərabər gəmi nəqliyyat vasitəsi kimi sıradan çıxdı. Çünki insanlar gəminin 7-9 saata getdikləri yolu, avomobil və avtobusla 2-3 saata getməyə başladılar. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda dəniz nəqliyyatından istifadə effektiv nəticə verməyəcək.

“Havaya bağlı olan dəniz nəqliyyatı ilə sərnişin daşınma dayanıqlı deyil. Hava küləkli olacaqsa, reys təxirə salınacaq, gəmi yarıdolu olacaq. Bu vəziyyət iqtisadi səmərəliliyi şübhə altına alır. Əgər yarıboş olacaqsa, və ya hansısa günlər işləməyəcəksə, bu növ daşınmanın bileti də baha olacaq”. 

“Dəmir yoluna üstünlük verilməlidir”

Nəqliyyat ekspertinin sözlərinə görə, Bakıdakı tıxacı və sıxlığı aradan qaldırmaq üçün şərait var:

“Bakıda əsas tıxac şimal tərəfdə, yəni Sumqayıt, Xırdalan istiqamətindədir. Buna da ciddi alternativ quruda olan dəmir yoludur. Dəmir yolu daşınmalarının sayını artırmaq üçün reyslərin sayı, qatarların  sayı, stansiyaların sayı artırılmalıdır. Həm şəhərin daxilində, həm də Sumqayıtın içinə doğru ikinci stansiyanın tikilməsi və həmin stansiyaların da əlçatanlığı təmin olunmalıdır ki, insanlar şəhərin müxtəlif yerlərindən ora gələ bilsinlər”. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr