Azərbaycan İdeyası

İrəvanda “balıq, ördək və xərçəng” vəziyyəti - NƏ BAŞ VERİR?

Tarix:24-09-2024, 16:00
Baxış Sayı:0

Ötən həftəsonu Ermənistan müstəqillik gününü qeyd etdi. Ölkə rəhbərlərinin bu münasibətlə xalqa müraciətlərində maraqlı nüanslar, etiraflar və ziddiyyətli məqamlar var. Məsələn, baş nazir Nikol Paşinyan bəyan edib ki, demokratiya, tarazlıq və balanslaşdırılmış xarici siyasət sayəsində ölkənin müstəqillik səviyyəsi günü-gündən yüksəlir.

“2018-ci ilin xalq, qeyri-zorakı, məxməri inqilabından bu yana bizim bütün qərarlarımızın etalonu müstəqillik, dövlətçilik, demokratiya, bu anlayışların beynəlxalq qaydalar əsasında konkretləşdirilməsi və obyektivləşdirilməsi olub və olmaqda davam edir. Bu prosesdə səhvlərimiz oldu, uğursuzluqlarımız oldu, lakin 2020-ci ildə müstəqilliyimizi itirmək həddinə çataraq, real Ermənistanın strategiyası ilə dövlətimizin davamlılığı ilə bağlı nəzəri tezisini praktiki yola salmaq üçün real imkan əldə etdik”, - Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, əsas hədəfi nəzərdən qaçırmamaq vacibdir: “Müstəqillik, dövlətçilik, Ermənistanın öz vətəndaşlarının təhlükəsizliyini, azadlığını və rifahını təmin edən platforma və mexanizm kimi beynəlxalq səviyyədə tanınmış ərazisi 29,743 kvadrat kilometrdir”. İkinci Katolikos Qareginin xalqa müraciəti isə düşmənçilik, kin, nifrət elementləri ilə doludur. Bütün ermənilərin katolikosu təhlükəsizlik məsələlərindən danışarkən bildirib ki, “artsax” işğal olunub" və Ermənistan sərhədlərində sülh qeyri-sabitdir. Katolikos milli, dövlət və ümumbəşəri maraqları prioritetləşdirməyə çağıraraq, “Biz yenidən təhlükəsizlik məsələləri və yeni təhdidlərlə qarşılaşırıq”, - deyib. Prezident Vaaqn Xaçaturyan da dövlətin qarşısında duran vəzifələrin az olmadığını qeyd edərək, əhalini birliyə çağırıb. “Lakin ötən onilliklər də sübut edir ki, birlik, həmrəylik və əzmlə istənilən maneəni dəf etmək olar”, - onun müraciətində deyilir. Göründüyü kimi, Ermənistanda hazırkı vəziyyət daha çox Krılovun hərəsi bir tərəfə çəkən “Balıq, ördək və xərçəng” təmsilindəki vəziyyəti xatırladır. Paşinyan bir söz, Qaregin başqa söz, prezident fərqli fikir söyləyir. Qareginin müraciəti onu göstərir ki, revanşizm və qisasçılıq məğlub olmaq istəmir. İndi əsas sual budur ki, Ermənistanda hansı tərəf ağırlıq qazanacaq?

Professor Qabil Hüseynli hesab edir ki, ağırlıq Paşinyanda olacaq. Onun fikrincə, keşiş Srbazanın aksiyaları göstərdi ki, xalq kilsənin arxasınca getmir. Politoloqa görə, katalikos Qareginin çıxışı da iqtidara divident qazandırır: “Erməni xalqı görür ki, hansı seçimi etməlidir. Biri sülhə, biri revanşa çağırır. Xalq 30 ildən çox kilsəyə inandı və din xadimləri erməniləri faciələrə sürüklədi, indi isə Paşinyanla sabit həyat ümidindədir. Ən azından bunun üçün imkanlar var. Həm Bakı, həm İrəvan bəyan edirlər ki, tarixdə sülhə bu qədər yaxın olmamışıq. O cəhətdən kilsənin son bəyanatları səfehlikdir, populizmdir, kütlə üçün cazibədar görünmür”. Q.Hüseynlinin qənaəti budur ki, Ermənistan hakimiyyəti rəqiblərini ram edə bilib: “Ondan daha yaxşısı olmalıdır ki, xalq iqtidarı dəyişsin. Əgər Paşinyanın qarşısına hər dəfə alternativ kimi kilsə və keçmiş "Qarabağ klanı" çıxacaqsa, o zaman həmişə müxaliflər uduzacaq. Problem onda deyil ki, Paşinyan idealdır, problem rəqiblərinin çox bərbad olması, cinayətkarlar, qana susayanlar olmasıdır".

Professor Rusiya bağlantısı olan qüvvələrin Ermənistanda hakimiyyətə gəlmək perspektivi olmadığını düşünür: “Gərək zorakı üsullara, sui-qəsdə əl atsınlar. Sivil yol və seçkidə qələbə şansları yoxdur. Çünki erməni xalqı bu qüvvələri iqtidarda görüb və onlara növbəti imkanı verməz. İkincisi, Qərb təbliğatı güclənib və nə qədər katalikos belə bəyanatlar verəcəksə, xalq o qədər qopacaq. Ermənilər müharibələrdən yorulublar. Onların "artsax" nağıllarını oxuyan da yoxdur. Ən yaxşı halda Yerablur məzarlığında yığışa bilərlər. Yəni revanşizm heç 10 il sonra da mümkün deyil. Çünki Azərbaycan Ordusu əl-qolunu sallamayıb, güclənir".

“Yeni Müsavat”

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - çox sayda SAXLANILANLAR VAR - YENİLƏNİB
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - çox sayda SAXLANILANLAR VAR - YENİLƏNİB
Minimum əməkhaqqı və əmək pensiyasının minimumu artırılır - SƏRƏNCAM
Minimum əməkhaqqı və əmək pensiyasının minimumu artırılır - SƏRƏNCAM
Tramp yeni ərazi iddiasında- Təhlükəsizlik üçün nəzarətimizdə olmalıdır
Tramp yeni ərazi iddiasında- Təhlükəsizlik üçün nəzarətimizdə olmalıdır
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp