Azərbaycan İdeyası

Əvəz Qocayev şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərir

Tarix:25-09-2024, 14:37
Baxış Sayı:77

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev - Qarabağ Universitetində çıxışı zamanı Prezident İlham Əliyev Qarabağın işğalını şərtləndirən amillərə diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdular.

XX əsrin əvvəllərində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl isə Zəngəzuru, yəni Qərbi Zəngəzuru tamamilə əsassız formada Azərbaycandan aldılar. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildən etibarən burada kütləvi erməniləşmə siyasəti aparılırdı.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıların sayı 9 faizdən təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, Sərsəng və Suqovuşan su anbarları kimi böyük infrastruktur layihələri yaradıldı. O zaman digər yeni müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir Sovet erməni aliminin Fransanın “Humanite” qəzetində məqalə dərc etdiyini də xatırlatdı. Məqalədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan çıxarılıb Ermənistana birləşməsi qeyd olunurdu.  Bununla da Xankəndidə və Ermənistanda hərəkat başlamış, müxtəlif təşkilatlar yaradılmışdı. Xankəndidən azərbaycanlılar qovuldu, müstəqilliyin bərpasından dörd ay sonra, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədildi. 1992-ci ilin may ayında Şuşa və Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Beləliklə torpaqlarımızın 20 faizi itirildi.

Prezident İlham Əliyev Qarabağ Universitetində çıxışı zamanı qeyd etdi ki, əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Məhz Ulu Öndərin gəlişindən sonra sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq xalqımız 8 noyabrı Zəfər Günü, 20 sentyabrı isə Dövlət Suverenliyi Günü olaraq qeyd edir.

Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib

Yol-xeber.az" xəbər verir ki,  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı  İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Şirvan şəhəri Gənclər Evində keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir

Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.

Bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirilir. Məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunur. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...

Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO

Yay tətili zamanı 27.4 km uzunluğa malik 20 küçə və prospekt təmir olunub

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq paytaxt Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbayucan Avtomobhil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunur.

Xüsusən paytaxt Bakı ərazisində yay tətili dönəmində hərəkət intensivliyinin azalmasından istifadə edilərək 20 ünvanda (küçə və prospekt) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yeni tədris ilinin başlanılmasına qədər yekunlaşdırılıb:

1.    Səbail rayonu, Teymur Elçin küçəsi 
2.    Səbail rayonu, Mehdi Hüseyn küçəsi 
3.    Nərimanov rayonu, Atatürk prospekti
4.    Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
5.    Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən İ.Qutqaşınlı küçəsinədək) 
6.    Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək) 
7.    Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
8.    Əhməd Rəcəbli küçəsi (Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək)
9.    Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
10.   Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
11.   Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov prospektindən C. Xəndan küçəsinədək)
12.   28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
13.   Mikayıl Müşfiq küçəsi ("Qurd" qapısından Bakı Şəhər DYP İdarəsinədək)
14.   Nizami küçəsi (Rəşid Behbudov küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
15.   Nizami küçəsi (Azərbaycan prospektindən Səid Rüstəmov küçəsinədək)
16.   Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
17.   Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
18.   Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
19.   Mətbuat prospekti
20.   Həsənbəy Zərdabi küçəsi

Yay tətili zamanı başlanılan və yeni tədris ilinin başlanılmasına qədər təmiri yekunlaşdırılmış küçə və prospektlərin ümumi uzunluğu 27 390 metr təşkil edir.

Bundan başqa 3 ünvanda təmir işləri yay tətilindən öncə başlanılaraq yekunlaşdırılıb:

1.    Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov pr-dən Ak.Həsən Əliyev küçəsinədək) 
2.    Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış 
3.    Zığ şosesində (Beton yol).

1 ünvanda isə - Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolunda (Yanardağa gedən yol) təmir işlərinə tətil zamanı başlanılıb və 17 sentyabr tarixində yekunlaşdırılıb.

Qeyd olunan ərazilərin ümumi uzunluğu 12 min metrdən artıqdır.

Hazırda təmir işləri 3 ünvanda davam etdirilir ki, bu ərazilərdə işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır:

1.    8 Noyabr prospekti 
2.    Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
3.    Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək)

Təmiri davam edən ərazilərin ümumi uzunluğu 18 740 metr təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN...

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı