Azərbaycan İdeyası

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Tarix:3-10-2024, 16:00
Baxış Sayı:6

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq. 

Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:

“Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır.  Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir”.

Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:

“Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur”.

A.Salamov bildirdi ki,  bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:

“Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi