Azərbaycan İdeyası

Tehran Bakı razılaşmasının detallarını açıqladı

Tarix:27-10-2025, 11:35
Baxış Sayı:7

Tehran Bakı razılaşmasının detallarını açıqladı

Bakıda  Azərbaycan-Rusiya-İran üçtərəfli görüşündə Tehranla Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin tərkibi olan Rəşt-Astara dəmiryolunun çəkilinin başa çatdırılması məsələsində razılıq əldə edilib.

Bu barədə İranın yol və şəhərsalma naziri Fərzane Sadiqi deyib.
İranlı nazir Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün Rusiya ilə çoxdan gözlənilən sazişin gələn ay imzalanacağını açıqlayıb.

Nazir Sadiqi bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı müqavilənin gələn aya qədər Rusiya ilə imzalanması planlaşdırılır. O izah edib ki, Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin çatışmayan zolağı, xüsusən də Rəşt-Astara dəmir yolu istiqamətində yük daşımalarının və tranzitinin təmin edilməsinə yönəlmiş danışıqların nəticələri ilkin gözləntiləri özünü doğruldub. 

Nazir İran administrasiyasının qonşu ölkələrlə əlaqələrdə fəal diplomatik fəaliyyətini, eləcə də regional əlaqələrin gücləndirilməsində nəqliyyat sektorunun mühüm rolunu vurğulayıb. O qeyd edib ki, regional əməkdaşlıq çərçivəsində son vaxtlarda Azərbaycan və Pakistana səfər edib.
Nazir onu da  qeyd edib ki, avtomobil və dəmir yolu infrastrukturunun genişləndirilməsi regional inkişafın təşviqində və İranın qonşu ölkələrlə əlaqələrinin gücləndirilməsində həlledici rol oynayır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr