Azərbaycan İdeyası

Türkiyə mühüm qərar ərəfəsində - Ankara buna getsə...

Tarix:11-12-2025, 16:00
Baxış Sayı:0

Ərdoğan "F-35"lərə üz çevirə bilər; Türkiyə-Rusiya əlaqələrində soyuqluq yaranması an məsələsidir
Türkiyə Rusiyanın "S-400" raketdən müdafiə sistemindən imtina etməyə yaxındır. "Bloomberg"in məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib.

Onun sözlərinə görə, Türkiyə digər NATO üzvləri ilə gərginliyə səbəb olan və Amerikanın "F-35" təyyarələrini əldə etməsinə mane olan Rusiya hava hücumundan müdafiə sistemini ləğv etməyə çox yaxındır.

Səfir qeyd edib ki, ölkə artıq "S-400" sistemindən istifadə etmir, lakin hələ də raketlərə, radarlara və digər avadanlıqlara malikdir. Bununla belə, o əlavə edib ki, bu məsələlər yaxın dörd-altı ay ərzində həll olunacaq.

Türkiyə bu addıma nə dərəcədə hazırdır? O halda Rusiya ilə münasibətlərə xələl gələ bilərmi? "S-400"ləri nə əvəzləyəcək?

Siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”da qardaş ölkənin rus silahları aldığı tarixi xatırlatdı: “Türkiyə Rusiyadan "S-400"ləri alanda bir çoxları düşünürdülər ki, sonda Ankara bu alış-verişdən imtina edəcək. Amma NATO-nun üzvü, ikinci hərbi gücü Türkiyə ən müasir rus raketlərini aldı. ABŞ-ın Türkiyəyə "F-35"ləri satmasından imtina etməsindən sonra Ankara bu addımı atdı. Baxmayaraq ki, qardaş ölkə "F-35" projesində iştirak edirdi, lakin ABŞ-nin bu məsələdə müttəfiqinə qarşı öhdəliyini yerinə yetirməməsi Ankaranı çıxış yolu axtarmağa sövq etdi. O ki qaldı Türkiyənin "F-35" projesinə qayıdıb bu silaha malik olmasına, bu, Amerikadan asılı olacaq. Türkiyə "S-400"ləri alıb, amma bu silahdan istifadə etmir və bununla "F-35"ləri almaq üçün özünə şans tanıyır. Türkiyənin "S-400"ləri istifadə etməməsi şərti ilə ABŞ "F-35"ləri Ankaraya sata bilər. Əvəzində "S-400"lər Türkiyə ərazisindən çıxarıla və bu ölkənin xarici ölkələrdəki hərbi bazalarından birinə yerləşdirilə bilər. Bununla da həm Rusiya ilə münasibətlər qorunar, həm də ABŞ razı salınar. Bu arada Rəcəb Tayyib Ərdoğan Niderlanda səfərindən sonra jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə "F-35"lərdən imtina etməyib və haqsız yerə proqramdan kənarlaşdırılıb.

"S-400"ün alınması təxminən on il əvvəl Türkiyənin "F-35" proqramından çıxarılmasına və ABŞ sanksiyalarına səbəb olmuşdu. Vaşinqton hesab edir ki, Rusiya sistemi "F-35" təyyarələrinin “gözəgörünməzlik” qabiliyyətinə təhdiddir; Ankara isə onu NATO arxitekturasına inteqrasiya etməyi planlaşdırmadığını bildirir".

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, bu məsələdə Türkiyə Rusiya ilə bağlı heç bir tələskənliyə imkan verməyəcək: “Türkiyə hava hücumundan müdafiə (HHM) sahəsini gücləndirmək üçün addımlar atır. Bunun üçün həm yerli istehsala başlayıb, eyni zamanda Rusiyadan "S-400" HHM sistemləri alıb. Məsələ ondadır ki, Türkiyənin Rusiyadan aldığı "S-400"lər Vaşinqtonla Ankara arasında münasibətləri gərginləşdirdi. Diqqət ediriksə, "S-400"lərin Rusiyaya qaytarılması ilə bağlı açıqlamalar Türkiyədən yox, ABŞ-dən gəlir. ABŞ-nin Türkiyədəki səfiri bildirir ki, Türkiyə "S-400"ləri Rusiyaya qaytaracaq və ondan sonra Türkiyə "F-35" proqramına qaytarılacaq. Ancaq burada diqqət çəkilməli olan bir məqam var. Türkiyə "S-400"ləri ABŞ-nin "Patriot" HHM sistemlərini onlara satmadığı üçün almışdı. Yəni bu məsələdə günahkar kimi Türkiyə göstərilsə də, əslində bu gərginliyin səbəbkarı ABŞ özü oldu. Türkiyə "S-400"ləri alanda isə ABŞ Türkiyəni "F-35" proqramından çıxardı. Sual yaranır, Türkiyə "S-400"ləri Rusiyaya geri qaytarsa, ABŞ “Patriot”ları satacaq? Burada əsas diqqət çəkilməli məqam "F-35"lər yox, “Patriot”lardır.

İran İsrail toqquşmasından sonra Türkiyə yaydığı hesabatda da açıq şəkildə qeyd olunurdu ki, Türkiyəyə müasir HHM sistemləri lazımdır. Ona görə də Türkiyə “Patriot”ları tələb etməkdə davam edəcək. Türkiyə hərbi hava qüvvələrini də yeniləmək üçün “Eurofighter Typhoon” qırıcı təyyarələri almaq niyyətindədir. Hətta Avropa ölkələri də buna müsbət münasibət bildirib. Yəni Türkiyə "F-35"lər almasa da, “Eurofighter Typhoon” qırıcı təyyarələri ala bilər. Ancaq Türkiyə üçün ən vacib məqam HHM sistemləridir.

Hesab edirəm ki, Türkiyə "S-400"ləri Rusiyaya geri qaytarsa, bu iki ölkə arasında gərginliyə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyədə Rusiya atom elektrik stansiyası tikir. Bundan əlavə, Suriyada birgə hərəkət edirdilər. Ona görə də Türkiyə bu məsələdə tələskənliyə yol verməyəcək".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov