Azərbaycan İdeyası

Qərbin planında Ukraynanın qələbəsi yer almır: Rusiyanın məğlub edilməsi məhz NATO-ya həvalə edilib

Tarix:2-09-2024, 09:00
Baxış Sayı:0

Qərbin planında Ukraynanın qələbəsi yer almır: Rusiyanın məğlub edilməsi məhz NATO-ya həvalə edilib

Həm ABŞ, həm də NATO tezliklə başlayacaq qlobal müharibəyə hazırlıq prosesinə artıq start verib və ancaq Rusiyanın hərbi potensialının tükənməsinə qədər gözləyəcəklər... Rusiyanın hərbi müqavimət imkanları məhdudlaşdıqdan sonra isə ABŞ və NATO birbaşa hərəkətə keçəcək, dünya yeni qlobal savaşın girovuna çevrilmiş olacaq...
Ukrayna savaşı ətrafında yaranmış situasiya daha geniş areala yayılmağa başlayıb. Belə ki, indi artıq Ukrayna ilə müharibə həm də Rusiya ərazisinə keçirilib. Hərbi əməliyyatlar Rusiyanın dərinliklərinə doğru irəliləyir. Ukrayna ordusu Rusiya sərhədlərini keçərək, kifayət qədər geniş ərazini nəzarət altına almağı bacarıb. Və bu, Ukrayna savaşının inkişaf istiqamətlərini tədricən dəyişməyə doğru yönəldib.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Kursk regionu istiqamətində Ukrayna ordusu qarşısında geri çəkilmək məcburiyyətində qalması Kremli olduqca qəliz vəziyyətə salıb. Hər halda, indi Kremlə yaxın siyasi dairələr Rusiyanın hərbi uğursuzluqlarını ölkə ictimaiyyəti qarşısında tutarlı arqumentlər ilə izah etməyə borcludur. Üstəlik, Kreml Rusiya sərhədlərinin bir qisminə nəzarətin itirilməsinə görə hərbi sektor üzrə günahkarlar da tapmalı olacaq. Və rus generallarından kimlərinsə cəzalandırılmasına ehtiyac duyulacaq.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)Çünki Ukrayna ordusunun Rusiya ərazisində irəliləyərək, bəzi ərazilərə nəzarəti ələ keçirməsi yalnız ölkədaxili ictimai-siyasi problemə çevrilməyib. Bu, həm də beynəlxalq məkanda Rusiyanın indiyə qədər olan superdövlət imicini də ciddi şəkildə sarsıdıb. Hər halda, indi Rusiyanın dünyada ABŞ-dan sonra ikinci ən güclü orduya sahib olması barədə təsəvvürlərə və iddialara ciddi şübhə ilə yanaşılır. Və bu, yaxın gələcəkdə Kremlin beynəlxalq məkanda rəqibləri ilə apardığı mübarizəyə neqativ məzmunda təsir göstərə də bilər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Kremlin beynəlxalq rəqibləri - daha dəqiq desək, Qərbdəki düşmənləri Rusiya ordusunun düşdüyü aciz durumdan yaralanmaq niyyətlərini tədricən biruzə verməyə də başlayıblar. Belə ki, Qərb siyasi dairələrində Rusiyanın hərbi qüdrəti və savaş potensialı qarşısında yaşanan ənənəvi xof artıq arxa plana keçmək üzrədir. İndi Qərbdə hesab edirlər ki, Kremlin təhdidlərinə əhəmiyyət vermədən Rusiyanın daha sərt və radikal şəkildə sıxışdırılması tamamilə mümkündür. Və Kreml belə qlobal hərbi təzyiqlərə uzun müddət tab gətirməkdə çətinlik çəkə bilər.

Maraqlıdır ki, bir müddət öncəyə qədər ABŞ və Qərb Ukrayna ordusuna yalnız müdafiə silahları verirdi. Eyni zamanda, rəsmi Kiyevə NATO silahları ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilmirdi. Ukraynaya hərbi texnika və maliyyə dəstəyi verən Qərb siyasi dairələri bu mövqelərini birmənalı şəkildə Rusiya ilə birbaşa savaş təhlükəsində maraqlı olmamaları ilə izah edirdilər. Və hazırda situasiya ciddi şəkildə dəyişib.

ezgif.com-gif-maker.jpg (210 KB)Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna ordusuna indi davamlı olaraq, hücum silahları göndərirlər. Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirməyə də icazə verilib. Nəhayət, Ukrayna ordusunun Rusiya ərazisinə keçməsi ilə bağlı hərbi planların məhz Qərb generaliteti tərəfindən hazırlanmış ola biləcəyi barədə də kifayət qədər önəmli iddialar mövcuddur. Yəni, Qərb siyasi dairələri tədricən daha cəsarətli davranmaları ilə diqqəti çəkirlər. Və bu, yaxın vaxtlarda NATO-nun daha radikal qərarlar verə biləcəyinin ilkin əlaməti də hesab oluna bilər.

Son vaxtlara qədər Ukrayna savaşının Rusiya ərazisinə keçirilməsi ilə bağlı mövzuların müzakirəsinə daha ehtiyatlı yanaşmağa üstünlük verən NATO-nun rəhbərliyi indi rəsmi Kiyevi bu məsələdə açıq-aşkar dəstəkləyir. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlar reallaşdırmasını legitim davranış kimi dəyərləndirib. Onun fikrincə, Ukrayna öz ərazilərini necə müdafiə etmək məsələsini sərbəst müəyyən etmək hüququna malikdir. Və bu, NATO-nun ilk dəfə olaraq, Ukrayna ordusunun Rusiya ərazisinə girməsini belə açıq şəkildə dəstəkləməsi anlamına gəlir.

Məsələ ondadır ki, NATO buna qədər heç vaxt Ukrayna ordusunun Rusiya ərazisinə hücum etməsi ilə bağlı müzakirələrə reaksiya verməyə həvəs göstərməmişdi. Halbuki, baş katib Yens Stoltenberq bu dəfə də rəsmi Kiyevin Rusiya ərazisinə hücumla bağlı məsləhətləşmələrdə və bu əməliyyatın hazırlanmasında NATO-nun iştirakı barədə iddiaları təkzib etməyə üstünlük verib. Və bu, onu göstərir ki, NATO hələ də Rusiyaya qarşı ehtiyatlı taktika tutmaqda davam edir.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)Eyni zamanda ABŞ-da hələlik mümkün qədər kənarda qalmağa üstünlük verdiyini sezdirir. Belə ki, Ağ Ev NATO üzrə müttəfiqlərinin Ukraynaya "F-16" strateji döyüş təyyarələri göndərməsinə nail olub. Ancaq Bayden administrasiyası bu döyüş təyyarələrinə ABŞ hərbi mütəxəssislərinin texniki xidmət göstərməsi barədə təkliflərə imtina reaksiyası verir. Kəşfiyyat məlumatlarının təhlilinə əsaslanan Ağ Ev ABŞ hərbi mütəxəssislərinin Ukraynaya göndərilməsini hələlik kifayət qədər riskli addımların sırasına aid edir. Və ABŞ hərbi-siyasi dairələri hesab edirlər ki, bu işi Avropa ölkələri öz üzərlərinə götürsələr daha yaxşı olar.

Göründüyü kimi, ABŞ və NATO Ukrayna ordusunun Rusiya ərazisinə yeridilməsindən olduqca məmnundur. Ancaq buna baxmayaraq, həm ABŞ, həm də NATO hələlik bu savaşa birbaşa bulaşmağa da həvəsli görünmür. Bəzi iddialara görə, NATO strateqləri Rusiyanın tədricən zəifləməsi planına sadiq qalmağa üstünlük verirlər. Hesab olunur ki, ABŞ da NATO da nə vaxtsa, Rusiya ilə birbaşa hesablaşmaq qərarı verməli olacaqlar. Və həmin situasiyanın yetişdirilməsi üçün hazırda Rusiyanın dərinliklərinə davamlı zərbələr endirərək, şimal nəhəngini tamamilə taqətdən salmaq taktikasına üstünlük verilir.

Onu da qeyd etmək lazımdır ki, həm ABŞ, həm də NATO Rusiyaya qarşı gələcək müharibəyə hazırlıq prosesinə artıq başlayıb. Böyük ehtimalla ABŞ və NATO Rusiyanın hərbi potensialının tükənməsinə qədər gözləyəcək. Rusiyanın hərbi müqavimət imkanları məhdudlaşdıqdan sonra ABŞ və NATO hərəkətə keçəcək. Yəni, Ukraynanın Rusiya üzərində hərbi qələbəsi Qərbin planlarına daxil deyil. Ukrayna Rusiyanı zəiflətmək üçün yalnız hərbi vasitədir. Rusiyaya qarşı son zərbə və yekun qələbə ABŞ və NATO üçün nəzərdə tutulub. Və bu plan üzrə irəliləyişlər davam edərsə, bütün dünya uzun müddət NATO-Rusiya savaşının girovuna çevrilmiş olacaq.(Musavat.com)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı