Azərbaycan İdeyası

Hakan Fidan: Avropada yeni sistem yaranacaq

Tarix:5-12-2025, 10:59
Baxış Sayı:7

Hakan Fidan: Avropada yeni sistem yaranacaq

Şərtlər nə qədər ağır, mövqelər nə qədər fərqli olursa olsun, problemin həlli üçün bir masa ətrafındasınızsa, o zaman ortaq məxrəcə gəlmək üçün mütləq bir yol tapılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan  Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövqelərini açıqlayarkən deyib.

Nazir Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həllində əsas problem kimi Ukraynanın ərazisi, Rusiyanın strateji hədəfləri və təhlükəsizliyi, eyni zamanda Avropanın da öz təhlükəsizliyi ilə bağlı olan fərqli fikirlərin olmasıdır. 

O əlavə edib ki, Avropa Rusiya-Ukrayna müharibəsini gələcək təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması çərçivəsində həllinin tərəfdarıdır. “Bu səbəbdən də hər tərəfin  məsələyə  baxışı fərqlidir”, - o qeyd edib.

Nazir Fidan hesab edir ki, hazırda vasitəçi kimi fəaliyyət göstərən və tərəflərlə görüşən Stiv Uitkoffun burada xüsusilə mühüm rol oynayacaq.

Onu da qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı sülh  Avropada yeni sistemin yaranması ilə nəticələnəcək: "Buna görə də, indi hər kəs mövcud potensial razılaşmaya lazım olduğundan daha çox əhəmiyyət verməyə çalışır. Çünki bu, təkcə bu günlə, təkcə müharibənin dayandırılması ilə bağlı deyil, həm də gələcəklə bağlıdır"

Fidan bildirib ki, razılaşmadan sonra hər kəs riskləri, mənfəəti, eləcə də Avropanın təhlükəsizliyini düşünür. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr