Azərbaycan İdeyası

Xamenei İsrailə hücum əmri verdi - tarix açıqlandı: ABŞ seçkilərinədək...

Tarix:2-11-2024, 10:14
Baxış Sayı:0

İranın ali rəhbəri vurğulayıb ki, İsrailə cavab verilməməsi məğlubiyyəti qəbul etməkdir; SEPAH generalı da təkrar zərbənin qaçılmaz olduğunu açıqlayıb - analitiklərin şərhi

İranın ali rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb. Tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib. Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir. Bəzi iddialara görə, İran 5 noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır. Bu haqda nüfuzlu CNN televiziya kanalı da xəbər yayıb. Həmçinin “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, İran İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.

SEPAH-ın baş komandanının müavini Əli Fədəvi deyib ki, İsrailin İranın hərbi obyektlərinə etdiyi hücumuna Tehranın cavabı qəti və qaçılmazdır. Əli Fədəvi iddia edib ki, SEPAH bir əməliyyatda İsrailin bütün varlığını hədəfə ala bilər. İsraildən də təhdidlərə cavab gəlib. Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib ki, İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq. “Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”, - Halevi qeyd edib. Baş Qərargah rəisinin açıqlamalarını İsrail Ordusunun mətbuat xidməti yayıb.

Göründüyü kimi, hər iki tərəfdən açıq mətnlə bəyanatlar səslənir, Qərbin nüfuzlu media orqanları vasitəsi ilə də İranın növbəti hücumu haqda proqnozlar verilir. Bir neçə gün əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu İrana hava hücumundan danışıb. Netanyahu vurğulayıb ki, onların uzunmüddətli hədəfləri İranı yox etməkdir. Yəhudi baş nazir uzunmüddətli strategiyalarının İranın şər oxunu ortadan qaldırmaq olduğunu və bu məqsədlərindən əl çəkməyəcəklərini açıqlayıb. O həmçinin Tehrandakı hərbi bölgələri hədəf aldıqlarını və hücumun uğurla başa çatdığını bildirib. İran prezidenti Məsud Pezeşkian isə deyib ki, rəsmi Tehran müharibəyə can atmır, lakin İsrailin bu yaxınlarda ölkənin suverenliyi və ərazi bütövlüyünə təcavüzü fonunda öz hüquqlarını müdafiə edəcək. Pezeşkian vurğulayıb ki, ölkə xalqı və islam quruluşu son 45 ildə “heç vaxt heç bir təcavüzkarın qarşısında öz mövqelərindən geri çəkilməyəcəklərini” göstərib. “Biz bilirik ki, Amerika Birləşmiş Ştatları İsraili bu dəhşətli cinayətləri törətməyə təhrik edir. Vaşinqton  İranın təmkininin müqabilində müharibəni bitirəcəklərinə söz verdi, lakin təəssüf ki, vədlərinə əməl etmədi”, - prezident deyib. Xatırladaq ki, İsrail oktyabrın 26-na keçən gecə İran hədəflərinə hücum edib. Məlumata görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, İranın cavab zərbəsi istisna deyil, lakin gərginliyi artırmaqdır: “Əvvəla, hazırkı hesabla tərəflər dayanmalı olmalıdırlar. Oktyabrın əvvəli İran, sonu İsrail vurdu, bununla da proses yaxın dövr üçün başa çatmalıdır. Amma Tehran növbəti hücuma hazırlaşırsa, deməli, İsrail də yenidən cavab zərbəsi endirəcək. Bu da regionda eskalasiya risklərini artıracaq. Ola bilsin ki, ABŞ seçkilərinin nəticələrinə təsir etmək baxımdan İsrailə hücum edilsin. İrandan olan bəyanatlar da göstərir ki, hazırlıq gedir. Sadəcə, cənub qonşumuzun növbəti hücumu da uğursuz olacaq”. Q.Hüseynli genişmiqyaslı hücum gözləmir, eyni zamanda, “Hizbullah”ın da prosesdə iştirakını istisna etmir: “SEPAH hər vəchlə çalışır ki, gərginlik ocağı sönməsin. Prezident Pezeşkian Qərblə münasibətləri bu vəziyyətdə düzəltməyə qadir görünmür. Ölkənin ali rəhbərliyinin siyasi kursu dəyişmək bilmirsə, Pezeşkian nə edə bilər? Ona görə də İran proksi təşkilatları maliyyələşdirməyə davam edəcək”.

 Elxan Şahinoğlun

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib: “Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Adminstrasiya ”İran 5 noyabra qədər vuracaq" xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər". Politoloqa görə, İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək: “Çünki İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?