Azərbaycan İdeyası

Teyyub müəllim: Azərbaycan bütün hədəflərə yüksək səviyyədə nail olur

Tarix:8-10-2024, 10:44
Baxış Sayı:101

Peşəkar Ordu

Teyyub müəllim - Günümüzün əsas çağırışı Qərbi Azərbaycana qayıdışdır. Tarixi Zəfərimiz, bunun ardınca suverenliyimizin tam təmin edilməsi bu hədəfimizin də tezliklə reallığa çevriləcəyinə böyük əminlik yaradır. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti qarşıya qoyulan hədəflərə zamanında nail olmağa böyük stimul verir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bu kimi məqamlara xüsusi diqqət yönəltdi.  Xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını öncə çəkən cənab İlham Əliyev bildirdi ki, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, o torpaqlar unudulmayıb və unudulmayacaq. O torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.

Dövlətimizin başçısı qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. “Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir”, - söyləyən cənab İlham Əliyev bildirdi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq”.

Zəfərlərimiz Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Xalq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməklə bu torpaqların əsl sahibi olduqlarını bir daha təqdim edirlər. 30 illik işğal dövründə ermənilər bütün ərazilərimizi dağıtdılar, yerlə-yeksan etdilər. Bir dənə də olsun tikili qalmadı. Cənab İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edərkən erməni vəhşiliklərinə xüsusi diqqət yönəldərək bildirdi ki, tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün şəhər dağılımışdır. Bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar.

Qeyd etdiyimiz kimi, son dörd ildə bu dağıntıları bərpa-quruculuq işləri əvəzləyir. İşğaldan azad edilmiş bütün ərazilərimiz quruculuq meydanına çevrilib. İnfrastruktur yenilənir, bərpa edilir. İnsanların rahat yaşayışı üçün bütün zəruri imkanlar yaradılır. Qısa müddətdə 5 şəhərə və 4 kəndə qayıdış reallaşıb. Birinci Qayıdış Prqramının icrasının başa çatacağı 2026-cı ildədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub. Bütün şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük turizm məkanına çevriləcək. Doğma yurd-yuvasına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi də prioritetlər sırasındadır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri zamanı 5 yeni müəssisənin təməli qoyuldu. Gələcəkdə bu müəssisələrdə mindən çox insan çalışacaq. Cəbrayılda yeni məktəbin açılışı oldu. Həmçinin, yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Bütün bunlar insanların yüksək rifahının, rahatlığının təmin edilməsi üçündür. Dövlətimizin başçısı İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə belə bir çağırışı etdi: “Bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI