Azərbaycan İdeyası

Nazim müəllim: Cəbrayıl şəhəri günü - Şanlı Zəfərimizin təntənəsi

Tarix:5-10-2024, 11:33
Baxış Sayı:47


4 il əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.

44 günlük Vətən müharibəsinin hər günü, hər saatı müstəqil Azərbaycanı şanlı Zəfərə apardı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi.

44 günlük Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi.

Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həyat qayıdır. Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı olmuşdu. Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu ilə bağlı oldu.

Düşmənin işğal etdiyi digər ərazilər kimi, tarixi, mədəniyyət və memarlıq, qəbirüstü abidələrlə zəngin olan Cəbrayıl şəhəri, eləcə də rayonun kəndləri dağıdılmışdı. Tarixin izini itirmək məqsədilə düşmən mədəni, tarixi, dini abidələrimizi, hətta qəbiristanlıqları viran qoymuş, vandalizm aktları, ekoloji terror həyata keçirmiş, daşı daş üstündə qoymamışdı. Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. Mədəni, dini abidələri, qəbirstanlıqları təbiəti məhv etməklə tarixi dəyişmək mümkün deyil. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti illər keçsə də dəyişdirmək olmaz.

Ölkə Prezidentimiz, Ali Baş Komandan dahi siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız kimi də Cəbrayıl da gülə-gülüstana çevrilir. Oktyabrın 3-də ölkə Prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfəri zamanı 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun, Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub, Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Göründüyü kimi, qəhrəman Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində işğal altında qalan tarixi, əzəli-əbədi torpaqları azad edildiyi kimi, indi də eyni coşqu ilə həmin yurd yerləri çənnətə çevrilir.  

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Sosial şəbəkələr uşaqları təhsilsiz və ünsiyyətsiz edir? - Psixoloqdan xəbərdarlıq
Sosial şəbəkələr uşaqları təhsilsiz və ünsiyyətsiz edir? - Psixoloqdan xəbərdarlıq
Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dollarını keçib - Komitə sədri
Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dollarını keçib - Komitə sədri
Bakıda 10 yeni metro stansiyası tikiləcək, 300-dək vaqon alınacaq - Nazir müavini
Bakıda 10 yeni metro stansiyası tikiləcək, 300-dək vaqon alınacaq - Nazir müavini
Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb: Hansı üstünlükləri olacaq? - FOTO
Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb: Hansı üstünlükləri olacaq? - FOTO
Prezidentdən dabaq xəstəliyi ilə bağlı fərman
Prezidentdən dabaq xəstəliyi ilə bağlı fərman
Azərbaycan təyyarəsi İrəvana enib
Azərbaycan təyyarəsi İrəvana enib
Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir
Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir