Azərbaycan İdeyası

Rafiq Quluyev: Bakıda COP29 - Dialoq üçün qlobal platforma

Tarix:18-11-2024, 10:23
Baxış Sayı:18

Rafiq Quluyev: Bakıda COP29 - Dialoq üçün qlobal platforma

Xətai Rayon İcra Hakimiyyətinin başçısı 269 saylı tam orta məktəbdə sakinlərlə görüşüb

269 saylı məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, Azərbaycanda həm ölkə başçısının qətiyyəti və iradəsi, təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir.  Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Bu gün Qarabağ dirçəlir,  biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Əminik ki, Qarabağın bərpası missiyası da uğurla icra ediləcək. Necə ki, ərazi bütövlüyümüzü bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.

Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.






Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev - Bir neçə gündür ki, paytaxt Bakıda keçirilən COP29 tədbiri uğurla davam edir. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun qiymətləndirilməsi deməkdir. Bu faktor dövlətimizin sülhsevər olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Cənab İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

Əminliklə deyə bilərik ki, ən nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən Azərbaycan COP29-u da uğurla yekunlaşdıracaq. Şübhəsiz ki, bu tədbir dünya iqlim siyasətində özünəməxsus yer tutatacaq və hər zaman xatırlanacaq. Həmişəki kimi, bu dəfə də müəyyən Qərb dairələri Azərbaycanı tutduğu düzgün yoldan döndərə bilmədilər. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal oyunçu kimi rolunu gücləndirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Bu qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf müqabilləri Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etmək arzularını ifadə etmişdir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr