Azərbaycan İdeyası

Qəzənfər Niftəliyev: Azərbaycanın şanlı tarixi: Zəfər Günü

Tarix:2-11-2024, 11:15
Baxış Sayı:97

Azərbaycanın şanlı tarixi: Zəfər Günü


Qəzənfər Niftəliyev - Heç şübhəsiz ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və dövlətimizin, millətimizin gücünü və iradəsini dünyaya sübut etdi. Bu gün 2020-ci ildə Vətən müharibəsində Ermənistanın işğalçı qüvvələrinə qarşı qazandığımız qələbəni qeyd edirik. Azərbaycan dövləti siyasi, hərbi, hüquqi və s. müstəvilərdə 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarmaq üçün yorulmadan mübarizə apardı və bu mübarizənin ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində əldə olundu.

Beynəlxalq aləm tərəfindən Qarabağ Azərbaycanın tarixi və mədəni irsinin ayrılmaz parçası kimi tanınsa da, müxtəlif dövlətlərin ikili standarları səbəbindən uzun illər davam edən işğal, yalnız ərazilərin yox, həm də mədəniyyətimizin, abidələrimizin, təbii sərvətlərimizin itirilməsi ilə nəticələndi. Lakin 2020-ci ildə, obrazlı şəkildə desək, başlanan ədalət savaşı bu ədalətsizliyə son qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatına başladı və bir-birinin ardınca işğal olunmuş torpaqlarını azad etdi. Bu zəfərin əsas nöqtəsi isə Şuşa şəhərinin işğaldan azad olunması oldu. Şuşanın azad edilməsi ilə Ermənistan hərbi və psixoloji olaraq məğlubiyyətini qəbul etmək məcburiyyətində qaldı və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatı imzalamalı oldu.

19 sentyabr 2023-cü ildə isə şanlı ordumuz Azərbaycanın digər işğalda qalan ərazilərini cəmi birgünlük antiterror əməliyyatından sonra geri qaytardı və ölkəmizin suverenliyi tam bərpa olundu.

İndi Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni bir dövr başlayıb. Bu torpaqların azad edilməsindən sonra bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ cənnətə çevrilir. Bu istiqamətdə yollar, hava limanları, məktəblər, xəstəxanalar, sənaye obyektləri tikilir və region iqtisadi cəhətdən yenidən dirçəlir. Ən önəmli məsələlərdən biri də məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasıdır. Onlar illərlə doğma torpaqlarına qayıtmağı arzulayıblar və indi yuxu kimi gələn bu xəyallar reallığa çevrilir.
Azərbaycan dövlətinin məqsədi Qarabağı və Şərqi Zəngəzuru güclü iqtisadi və sosial regionlara çevirməkdir. Tikinti və bərpa işləri təkcə şəhərlərlə məhdudlaşmır, kəndlər də yenidən qurulur. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesinə də xüsusi diqqət yetirilir. Məcburi köçkünlər isə böyük sevinclə öz yurdlarına qayıdırlar, çünki onlar üçün Qarabağ sadəcə bir torpaq parçası deyil, müqəddəs məkandır.

8 Noyabr Zəfər Günü, təkcə hərbi qələbənin deyil, həm də Azərbaycanın birliyinin, həmrəyliyinin və millət olaraq əzmkar duruşunun ifadəsidir. Bu zəfər Azərbaycanın regionda gücünü bir daha təsdiqlədi və beynəlxalq arenada mövqeyini gücləndirdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bu ərazilər yenidən çiçəklənəcək və Azərbaycan xalqının qürur mənbəyi olmağa davam edəcək.

Qarabağ Azərbaycandır!

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov