Azərbaycan İdeyası

Sahib Məmmədov: “Şəhidlərimizi qürur və dərin ehtiramla anırıq”

Tarix:27-09-2024, 09:57
Baxış Sayı:1

Sahib Məmmədov: “Şəhidlərimizi qürur və dərin ehtiramla anırıq”

“27 Sentyabr - Anım Günü hər bir azərbaycanlı üçün əlamətdardır, and yerimiz olan qəhrəman şəhidlərimizi qürur, fəxarət və dərin ehtiramla anırıq. Onlar şanı və şöhrəti dünyanı bürüyən, minilliklərə söykənən qədim tariximizin ən böyük Qələbəsi - Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsinin rəmzləridir. Möhtəşəm Zəfər yolunun başlanğıcı olan 27 sentyabr həm də milli iradənin, dəyişməz və qətiyyətli mövqeyin dünyaya nümayişi kimi, Azərbaycan tarixində əbədi qalacaqdır. Xalqımızın igid, cəsur oğlanları yüksək qələbə əzmi ilə bu müqəddəs yola çıxarkən yaxşı bilirdilər ki, ölüm də istisna deyil. Amma onlar Vətən eşqini hər şeydən, hətta həyat sevgisindən də üstün tutdular. Şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillərə böyük örnək oldular və göstərdilər ki, bizim üçün ana yurd ən müqəddəs dəyərdir. Bəyan etdilər ki, əgər mövzu Azərbaycandırsa, dövlətdirsə, müstəqillikdirsə, torpaqdırsa o zaman ölüm də bizi qorxuda bilməz. Onlar ölkəmizin hər yerində üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması, xalqımızın məsud və xoşbəxt yaşaması üçün canlarından keçdilər. Vətən üçün yaşamaq, azad və suveren dövlətə sahib olmaq, onun ətrafında möhkəm birləşmək bizə ata-babalarımızın - Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin, Heydər Əliyevin yadigar qoyduğu dəyərlərdir. Gələcək nəsillər də doğma Azərbaycanımızın hər zaman var olması üçün mütləq bu yolla getməlidirlər”.

Bu fikirləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elə bir mühit formalaşdı ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə aldılar, onların elmli, bilikli, sağlam yetişməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldı: “Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətimizin əsas aparıcı hissəsi olan gənclərimiz ən ali və çətin missiyanı misilsiz Qələbə ilə başa çatdırdılar, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımının qisasını döyüş meydanında layiqincə alaraq onların ruhunu şad etdilər. Kişi kimi döyüşdülər, düşməndə olsa, qadını, uşağı, qocanı, mülki şəxsləri və obyektləri hədəfə almadılar, yalnız əli silahlı təcavüzkar ordu ilə vuruşdular. Tarixdən bildiyimiz kimi, müharibənin öz qanunları var, bəzən geri çəkilmələr, müxtəlif istiqamətlərdə uğursuzluqlar da yaşana bilir. Amma Azərbaycanın torpaqları azad etmə planı elə mükəmməl hazırlanmışdı ki, eyni zamanda əsgər və zabitlərimizdə döyüş ruhu o qədər yüksək idi ki, yenilməz Ordumuz ancaq irəli gedirdi, atdıqları hər bir addım, həyata keçirdikləri bütün əməliyyatlar qələbə ilə yekunlaşırdı. Bir nəfər də olsun Azərbaycan Ordusunda fərari olmadı, hamı döyüşə və qələbəyə, Böyük Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini uğurla icra etməyə köklənmişdi. Təcavüzkar erməni ordusunun isə düşdüyü rəzil durum bu gün də dünyada gülüş mövzusudur, düşmən cəbhəsində fərarilik halları baş alıb gedirdi, əsgər və zabitləri döyüş meydanında silahı atıb qaçırdılar. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətini, Azərbaycan Ordusunun qüdrətini göstərir”.
“Təbii ki, Anım Günündə şəhid olmuş Vətən övladlarının ata-analarını, həyat yoldaşlarını və yaxınlarını xatırlamaya bilmərik. Valideynlər öz övladlarını böyük şövqlə, qələbə həvəsi ilə cəbhəyə yola salırdılar. Onlar yalnız nəyin bahasına olursa-olsun torpaqlarımızın azad edilməsi haqqında düşünürdülər və çox nikbin idilər. Bilirdilər ki, böyütdükləri, tərbiyə verdikləri övladları düşməni ərazilərimizdən qovacaq və Vətənimizin bütövlüyünü təmin edəcəklər. Şəhidlərimizin dəfn mərasimində analar, atalar qamətini əymədi, başlarını dik tutdular və övladlarının cənazəsini qürurla qarşıladılar. Həlak olan əsgər və zabitlərin xanımları da eyni ruhda idilər, hətta tabutları öz çiyinlərində daşıyan vəfalı həyat yoldaşlarını gördük. Vətəndaşlarımız dəstə-dəstə şəhidlərin dəfninə tələsirdi, hamı tək ürək olmuşdu, dəmir yumruq kimi birləşmişdi. Sözsüz ki, parlaq Qələbənin əsas təminatçısı da məhz bu sarsılmaz birlikdir”, - AHİK sədri qeyd edib.
“Qəhrəman Vətən övladlarının rəşadəti sayəsində işğala son qoyaraq özünün ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan bu gün inkişafının yeni mərhələsindədir. Təbii ki, bu mərhələdə də dövlətimizi və xalqımızı daha böyük qələbələr gözləyir. Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən ölkə başçısı dövlətimizin gələcək planlarından danışarkən hərbi güc amilini ön plana çəkdi. Məlumdur ki, dünyada gərgin anlar, çətin proseslər yaşanır, ağır müharibələr davam edir. Cənab Prezident İlham Əliyevin fikirləri ilə ifadə etsək, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Buna heç məhəl qoyan da yoxdur. Biz 30 il davam etmiş işğal dövründə beynəlxalq hüququn əhəmiyyətsiz olduğunu öz həyatımızda yaşadıq, kağız üzərində qalan BMT qətnamələrini gördük. Odur ki, güclü olmaq, müstəqilliyi, ərazi bütövlüyünü qorumaq üçün hərbi gücün artırılması əsas faktordur. Prezidentimizin dediyi kimi, Ermənistanda revanşist qüvvələr də baş qaldırır. Təbii ki, güclü və yenilməz Azərbaycan Ordusunun qarşısında onların bütün arzuları boş xəyaldan o tərəfə getməyəcək. Vətən müharibəsi və antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərə yol verməmək üçün qalib dövlətlə razılaşmaq ən düzgün çıxış yoludur. Cənab İlham Əliyev çıxışında həmçinin Minsk qrupu ilə bağlı fikirl`ərini də səsləndirdi. Hesab edirəm ki, bəlkə də, dünyada Minsk qrupu kimi əhəmiyyətsiz bir qurum olmayıb. Çünki uzun illər öhdəsinə götürdüyü vəzifələrdən yayındı, məqsədli şəkildə münaqişəni uzatmaqla məşğul idi. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində Minsk qrupunun formal olaraq saxlanılması siyasi həyadan çox-çox uzaqdır”, - Sahib Məmmədov fikrini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI