Azərbaycan İdeyası

Gələn il azad olunmuş ərazilərdə neçə min sakin məskunlaşacaq?

Tarix:25-11-2025, 14:22
Baxış Sayı:4

Gələn il azad olunmuş ərazilərdə neçə min sakin məskunlaşacaq?

"Bu gün Kəlbəcər Şəhəri Günüdür. 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir. Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskulaşmaya start verildi və hazırda azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə məskunlaşan ailələrin sayı 10 min 270-ə çatacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq".

Bu barədə millət vəkili Vüqar Bayramov danışıb.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə işğaldan azad olunan ərazilərimizin bərpası, inkişafı və iqtisadiyyatın re-inteqrasiyası sürətlə davam etdirilir:

"Son 5 ildə dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak etmiş, 177 müxtəlif təyinatlı layihənin təməlini qoymuş, 167 obyektin və infrastruktur layihəsinin açılışını etmişdir.

Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları həmin ərazilərimizin inkişafını stimullaşdırmaqla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafına artıq xüsusi töhvə verməkdədir. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Ağdam Sənaye Parkında istehsal edilən məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub. Bu o deməkdir ki, artıq Qarabağda istehsal olunan məhsullar dünya bazarlarına çıxarılmaqdadır. Bu isə Qarabağın qısa zamanda Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir.

Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb. Gələn il dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur daxili maliyyə mənbələri hesabına qurulur və inkişaf etdirilir".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov