Azərbaycan İdeyası

Ödənişli atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanır - RƏSMİ

Tarix:23-09-2025, 12:07
Baxış Sayı:4

Ödənişli atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanır - RƏSMİ

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı danışıb.

O qeyd edib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib.

Komitə sədri vurğulayıb ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir.

Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb.

O bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.

B.Muradova qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar təmin etməkdədir.

Qeyd edək ki, Yüksək Səviyyəli İclas "Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi" mövzusuna həsr edilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr