Azərbaycan İdeyası

Araz Paşayev: Konstitusion inkişaf paradiqması - milli iradə, siyasi sabitlik və hərbi qüdrət

Tarix:Вчера, 23:00
Baxış Sayı:35

Araz Paşayev: Konstitusion inkişaf paradiqması - milli iradə, siyasi sabitlik və hərbi qüdrət

Dünya tarixinə nəzər salsaq görərik ki, bütün dövlətlərin müstəqilliyi, siyasi və hüquqi sisteminin dayanıqlılığı və gələcək inkişaf perspektivləri onun Konstitusiyasında təsbit olunmuş fundamental prinsiplərlə müəyyən edilir. Konstitusiya dövlət quruluşunun əsaslarını, hakimiyyətin təşkili və fəaliyyətini, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləməklə yanaşı, xalqın dövlətçilik iradəsini, milli dəyərlərini və strateji hədəflərini özündə ehtiva edir.

Məhz, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası da bu baxımdan müstəqil dövlətçiliyimizin hüquqi təməli, dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı, suverenliyimizin və gələcək inkişafımızın əsas təminatı oldu. Ümummilli Lider ötən əsrin sonlarında yenidən bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar ataraq, tariximizin ən vacib hadisələrindən biri olan müstəqil dövlətimizin ilk Konstitusiyasını hazırladı.

Çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan Müstəqil Azərbaycanın ümumbəşəri demokratik imicini daha da yüksəldib.

Konstitusiyamız hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır. Ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpası tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyəvidir.

Hələ sovetlər dövründə Azərbaycanda 1921, 1927 və 1937-ci illərdə Konstitusiyalar qəbul edilmiş, Azərbaycan SSR-in sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də təsdiq olunmuşdur. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi milli maraqlarımızın və mənəvi dəyərlərimizin qorunması baxımından tarixi addım olmuşdur.

Sovet imperiyası çökdükdən sonra 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası isə konstitusiya quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Müstəqilliyin ilk illərindəki siyasi böhran və qeyri-sabitlik yeni Konstitusiyanın qəbulunu çətinləşdirsə də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət quruculuğunun əsas istiqamətləri müəyyənləşdirildi və yeni Əsas Qanunun hazırlanmasına başlanıldı. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə çıxardı. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və həmin il noyabrın 27-də qüvvəyə mindi. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.

Bu gün 31 illiyini qeyd etdiyimiz Milli Konstitusiyamızın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindəndir. Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının təməlini qoyaraq xalq hakimiyyəti, hakimiyyət bölgüsü, qanunun aliliyi, siyasi plüralizm və insan hüquq və azadlıqlarının üstünlüyü prinsiplərini təsbit etdi. Eyni zamanda, dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini, idarəçilik sisteminin hüquqi əsaslarını və ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Maddələrinin üçdə birinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmiş Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuş, ictimai münasibətlərin və dövlət idarəçiliyinin inkişafı ilə əlaqədar 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Konstitusiyaya yeni əlavələr və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsasən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Eyni zamanda Konstitusiyanın əhəmiyyəti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə daha da artmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyin ölkəmizin bütün ərazisində tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini müəyyən etmişdir. Bu tarixi nailiyyətlər Konstitusiyada təsbit olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin təntənəsidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının aliliyinin təmin edilməsi yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da məsuliyyətidir. Qanunlara hörmət, hüquqi mədəniyyətin yüksəldilməsi və insan hüquqlarının qorunması demokratik ölkəmizin davamlı inkişafının əsas şərtlərindəndir. Odur ki, hər bir azərbaycanlı müstəqil dövlətimizin hüquqi əsaslarına, milli suverenliyimizə və dövlətçilik ənənələrimizə hörmətlə yanaşmalı, qanunların aliliyinin təmin olunmasına öz töhfəsini verməlidir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qabil müəllim: Konstitusiya və suverenlik – tarixi nailiyyətlərin vəhdəti
Qabil müəllim: Konstitusiya və suverenlik – tarixi nailiyyətlərin vəhdəti
Fərayim müəllim: İlham Əliyev – Azərbaycanın Şanlı Tarixinə Yeni Zirvələr Bəxş Edən Dövlət Başçısı
Fərayim müəllim: İlham Əliyev – Azərbaycanın Şanlı Tarixinə Yeni Zirvələr Bəxş Edən Dövlət Başçısı
Füzuli müəllim: İlham Əliyev – Milli Arzuları Gerçəkliyə, Tarixi Qələbəni Böyük Quruculuğa Çevirən Lider
Füzuli müəllim: İlham Əliyev – Milli Arzuları Gerçəkliyə, Tarixi Qələbəni Böyük Quruculuğa Çevirən Lider
Araz Paşayev: Konstitusion inkişaf paradiqması - milli iradə, siyasi sabitlik və hərbi qüdrət
Araz Paşayev: Konstitusion inkişaf paradiqması - milli iradə, siyasi sabitlik və hərbi qüdrət
Ağ xalatın daşıdığı böyük məsuliyyət – Sevinc Ağayevanın insan sağlamlığına həsr olunan ömür yolu
Ağ xalatın daşıdığı böyük məsuliyyət – Sevinc Ağayevanın insan sağlamlığına həsr olunan ömür yolu
Afət Camalova: Konstitusion dəyərlər – milli inkişaf və suveren dövlətçiliyin mühüm amili
Afət Camalova: Konstitusion dəyərlər – milli inkişaf və suveren dövlətçiliyin mühüm amili
Zəminə Nurayeva: Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Zəminə Nurayeva: Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Rəmziyyə Heydərova: Azərbaycan Konstitusiyası ümumbəşəri dəyərlərə əsaslanır
Rəmziyyə Heydərova: Azərbaycan Konstitusiyası ümumbəşəri dəyərlərə əsaslanır