Azərbaycan İdeyası

İrəvandan SENSASİON etiraf – Bu ərazilərimiz qaytarılacaq

Tarix:12-01-2026, 12:09
Baxış Sayı:8

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni ordusunun 110 kvadrat kilometrlik Azərbaycan ərazisinə nəzarət etdiyini açıqlayıb.

“Sputnik Ermənistan” bununla bağlı spikerə sorğu göndərib. Sorğuya parlamentin sədri tərəfindən belə cavab verilib: “Dəqiqləşdirmək üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz”. Simonyan “ArmComedy” podkastında Ermənistanın bəzi istiqamətlərdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət etdiyini deyib: “Onların 110 kvadrat kilometrlik ərazisindəyik. Təxminən. Heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Təxmini deyirəm. Rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”.

Simonyanın səsləndirdiyi açıqlama faktiki olaraq anklav kəndlərlə bağlı mövcud vəziyyəti əks etdirir. Qeyd edək ki, Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir.
Bəs anklav kəndlər 5 ildən çoxdur niyə qaytarılmır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, anklav kəndlərin qaytarılması delimitasiya çərçivəsində reallaşa bilər. Onun sözlərinə görə, Ermənistan bu mövzuda həmişə Gədəbəyin Başkənd ərazisini gündəmə gətirir və mübadilə kimi təklif edir: “Son rəsmi bəyanatlarda isə İrəvan bildirir ki, anklavlar olduğu kimi qalsın. Hazırda bu məsələ gündəmdə olsa da, sülh prosesinə tünd rəng qatmaq tövsiyə olunmur. Yəni Azərbaycan Ermənistana neft məhsulları göndərir, ortada bir sülh quruculuğu davam edir, belə bir vaxtda anklav ərazilər problemini qabarıq şəkildə təqdim etmək istənilmir”.

Ç.Qənizadə qeyd edib ki, spiker Simonyanın etirafı yeni deyil və Ermənistan həmin əraziləri delimitasiya prosesində qaytarmağa məhkumdur: “Bu kəndlər Azərbaycanın ərazi bütövlüyünə daxildir. Biz ermənilərdə bir qarış torpaq da saxlamalı deyilik. Azərbaycana məxsus olan bu kəndlərdə, faktiki olaraq, yaşayış yoxdur. Bizim ərazilərimizdən kənd təsərrüfatı və digər məqsədlərlə istifadə edən Ermənistan vətəndaşlarının da adıçəkilən kəndlərdən xeyli müddətdir ki, çıxdıqları barədə məlumatlar var. Həmin ərazilərdə sərhədlərin şərti olduğunu və heç vaxt delimitasiya olunmadığını, protokollaşdırılaraq təsdiqlənmədiyini nəzərə alsaq, sərhəd xəttinin keçdiyi ərazidə dəqiqləşdirmələrin aparılması və anklav anlayışının aradan qaldırılması mümkündür. Anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Əgər Ermənistan ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbayan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr