Azərbaycan İdeyası

Şakir Heydərov: Müasir müstəqil Azərbaycan dövlətinin banisi

Tarix:6-09-2024, 10:53
Baxış Sayı:29

Dahi rəhbər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi xalqın itən ümidlərinini dirçəltdi

Şakir Heydərov - Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Bu mərhələlərin biri də 3 sentyabr 1991-ci ildə həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ulu Öndərimiz Heydər Əliyev məhz bu müdrik fikrinin işığında muxtar respublikanın ozamankı ağır vəziyyətində, soyuq iş otağında, çıraq işığında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaratmış, müstəqilliyimizin təməl daşları həmin dövrdə Naxçıvanda qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” dəyərli fikrini bu gün də minnətdarlıqla xatırlayırıq. 

Böyük siyasətə qayıdış dövrü kimi xarakterizə olunan həmin dövr illər ötsə də hər zaman qürurla xatırlanacaq. Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Fenomen şəxsiyyət Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyəti Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və bu diyarda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslandırılır.

Bu gündə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırdı.

İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər var. Hədəflərimiz uğurlu gələcəyimizin təqdimatıdır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər