Azərbaycan İdeyası

Aqiyə Naxçıvanlı: “Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlişi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil oldu”

Tarix:30-08-2024, 10:13
Baxış Sayı:6

Aqiyə Naxçıvanlı: “Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlişi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil oldu”

“1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada müzakirə olunan məsələlər və qəbul edilən tarixi qərarlar, Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini qoymaqla ümumilikdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə aparan yolda atılmış ilk və ən əhəmiyyətli addımlar kimi qiymətləndirilməlidir. Bu tarixi sessiyadan bir il sonra, 1991-ci ilin 3 sentyabr tarixində Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən həlledici qərar qəbul olundu. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlməsi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil oldu. Müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində ilk növbədə Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Ümumiyyətlə birmənalı olaraq qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə hər zaman xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır və misilsizdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri olub: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırdı və 1991-ci il fevral ayının 5-də həmin vəsadətə baxıldı. Bundan sonra Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu gün isə müqəddəs üçrəngli bayrağımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib ordumuzun şücaəti ilə işğaldan azad olunmuş torpaqlarımızda – Qarabağın və Şərqi Zəngəzurun istisnasız hər bir guşəsində qürurla dalğalanır” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər