Azərbaycan İdeyası

Cənubi Qafqazda silahlanma yarışı: Hərbi toqquşma riski artır - BELƏ DAVAM EDƏRSƏ...

Tarix:21-10-2024, 14:22
Baxış Sayı:1

Dünyada hərbi xərclərdə artım var, lakin onun milli ÜDM-dəki payı azalır. Bu barədə Avstraliya İqtisadiyyat və Sülh İnstitutunun (IEP) hesabatında qeyd olunub.
"Hərbiləşmədə müasir tendensiyalar" adlı hesabatda vurğulanır ki, bu gün planetdə İkinci Dünya Müharibəsindən bəri maksimum sayda - 59 hərbi münaqişə var. 2024-cü ildə 92 ölkə bu və ya digər şəkildə öz ərazilərindən kənarda silahlı münaqişələrə cəlb olunub.
Keçmiş SSRİ dövlətləri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) siyahıda daha yüksək yerdə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı göstərilir.
Son vaxtlar Ermənistan intensiv şəkildə silahlanır. Xüsusən də Ermənistan Qərb dövlətlərinin, ilk növbədə Fransa və ABŞ-ın dəstəyi ilə silahlandırılır. Bu ölkələrlə yanaşı Ermənistan Hindistandan da çox sayda silah tədarükünü həyata keçirir. Son olaraq KİV-də Ermənistanın Hindistandan "Pralay" raketləri almağı planlaşdırdığı barədə məlumatlar yayılıb.

Məlumata görə, "Pralay" taktiki ballistik raketləri düşmənin raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün manevr edə bilir. "Pralay" raketi 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.
"Pralay" raketlərinin seriyalı istehsalına 2023-cü ildə başlanılıb. Hazırda Hindistan onları ilk növbədə Çinlə sərhəddə yerləşdirir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Ermənistanın hərbi xərclərini artırması yaxşı hal deyil: "Bu Azərbaycan üçün narahatlıq yaradan məqamdır. Xüsusən də son olaraq Hindistandan almaq istədikləri raketlərin maksimum uçuş məsafəsinin 500 km olması diqqətə alınmalıdır. Hesab edirəm ki, Hindistanın bu tip raketləri Ermənistana satması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Amma Azərbaycan prosesləri diqqətlə izləyir və hərbi xərclərini artırır. Təhlükələri lokallaşdırmaq üçün işlər görülməlidir. Təəssüf ki, Ermənistanı silahlandıran ölkələr regionda gərginliyə səbəb olacağının nəzərə almırlar. Amma qeyd etməliyəm ki, Ermənistanın silahlandırlması bundan sonra da davam edəcək".

"Azərbaycan artıq Ermənistanın silahlanmasına qarşı adekvat addımlar atmağa başlayıb. Xüsusən də, Pakistan istehsalı olan təyyarələr, İtaliya istehsalı olan hərbi yük təyyarələri alınıb, hava hücumundan müdafiə sistemləri yenilənir və yeni silahlar Azərbaycan ordusunun arsenalına daxil edilir. Hərbi xərclərin artırılması da Ermənistanın artan silahlanmasına qarşı Azərbaycanın gördüyü tədbirlərdən biridir. Azərbaycan hökuməti daha modern hava hücumundan müdafiə sistemlərinin alınması ilə strateji obytektlərin və böyük şəhərlərin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Azərbaycan Ermənistan silahlanmasına seyrçi qalmır", ekspert vurğualyıb.
Üzeyir Cəfərov deyir ki, Ermənistan işğalçı ölkə olduğu üçün onun bu şəkildə silahlandırılması beynəlxalq hüquqa da ziddir: "Amma beynəlxalq hüquq ölü vəziyyətdədir və hazırda bu prosesin qarşısını almaq iqtidarında deyil".
Millət vəkili Aydın Mirzəzadə deyir ki, Ermənistan 44 günlük müharibədən özü üçün ciddi nəticələr çıxarmalı idi:
"Biz isə görürük ki, Ermənistan yenidən hərbiləşmə yolunu tutub. Bu nə Ermənistan cəmiyyətinə, nə də dövlətinə fayda gətirəcək. Yaxşı olardı ki, Ermənistan silahlanmaya xərclərdiyi pulu ölkəsinin sosial problemlərinin həllinə yönəltsin. Azərbaycan Ermənistanın sürətli silahlanmasına qarşı lazımi tədbirlər görür".

Millət vəkili qeyd edib ki, Ermənistan hər hansı hərbi təxribat törədərsə, Azərbaycan ordusu artıqlaması ilə cavabını verəcək gücdədir:
"Rəsmi Bakı regionda dinc münasibətlərin qurulmasının tərəfdarıdır. Amma bu cür silahlanma fəaliyyəti Azərbaycanı məcbur edir ki, öz hərbi arsenalını daim yeni silahlarla zənginləşdirsin. Bu, milli təhlükəsizliyin təminatı üçün vacib amildir. Bu gün Azərbaycan və Ermənistanı sülhə çağıran, eyni zamanda Ermənistanı silahlandıran ölkələr qeyri-səmimi davranış sərgiləyirlər. Hindistanın, Fransanın, ABŞ-nin və digər ölkələrin Ermənistana hərbi dəstəyi Ermənistanda revanşizmin alovlanmasına gətirib çıxarır ki, bu da sülhə yaxın olan tərəfləri yenidən hərbi toqquşma riski ilə üz-üzə qoyur".

SPUTNİK.az

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov