Azərbaycan İdeyası

Metroda 15 yeni vaqon xəttə buraxıldı

Tarix:7-11-2025, 12:21
Baxış Sayı:10

Metroda 15 yeni vaqon xəttə buraxıldı

"Bakı Metropoliteni" QSC ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - IV nəslə mənsub daha 3 qatarı - 15 vaqonu xəttə buraxıb.

Bunu səhmdar cəmiyyətinin Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov bildirib.

Onun sözlərinə görə, metrodakı texniki tələblər nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 % artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.

"Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr var. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib", - deyə metro rəsmisi qeyd edib.

Onun sözlərinə görə, yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri isə 44 oturacaqlıdır: "Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda 329 nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur".

A.Bəkirov vurğulayıb ki, vaqonlarda daxili və xarici videomüşahidə sistemləri var ki, bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir: "İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 % azaltmaqla istismar müddətini 75 % artırır. Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib".

Hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonuna qədər xətlərə buraxılacaq. Bununla da Bakı metrosunda yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.

"Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur",-A.Bəkirov əlavə edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov