Azərbaycan İdeyası

Mikayıl Cabbarov: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb"

Tarix:3-10-2025, 11:08
Baxış Sayı:4

Mikayıl Cabbarov: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb"

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov IIMilli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki,  avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atılması bu prosesləri daha da sürətləndirir:
"Bu razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin ölkə iqtisadiyyatına marağı artıracaq.

Regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

İqtisadi siyasətin əsas istiqamətlərində olan qeyri-neft-qaz sektorunda 2021-2024-cü illərdə hər il orta hesabla 6,7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Bu göstəricinin bu ilin sonuna qədər 70%-ə çatacağını proqnozlaşdırırıq. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. 

2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15% artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat  təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr