Azərbaycan İdeyası

Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var

Tarix:25-12-2025, 13:00
Baxış Sayı:3

Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.

Hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib.

İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində mərkəzə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə  (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. (Milli.az)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr