Azərbaycan İdeyası

"Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu

Tarix:1-12-2025, 12:16
Baxış Sayı:3

"Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu

Məlum olduğu kimi, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub.

Oxu.az xəbər verir ki, hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir.

Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-13-cü illərdə başlayıb.

Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının "Milyarderlər İttifaqı" kimi tanıdığı "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə "Milyarderlər İttifaqı"nın Koordinasiya Şurasının üzvü olur.

Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb "Milyarderlər İttifaqı"nın kapitalı ətrafında Milli Şura yaradır.

Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı "Milli Şura"nın alətinə çevirir.

Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evində aşkarlanıb.

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair.

Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub.

Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.

DTX-nin faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur.

Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz "haqqı"nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında.

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu "NLT" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə iki müasir mənzil hədiyyə edilib (və təbii ki, təmir olunmuş vəziyyətdə).

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs G.Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş ki?!

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi "xidmətlərinə" görə, "boz kardinal" tərəfindən bağışlanan digər mənzil isə G.Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan dördotaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.

Oxucularımıza nə qədər təəccüblü olsa da, qeyd olunanlar nə Ramiz Mehdiyev və ailəsi, nə də Gültəkin Hacıbəyli və ailəsi tərəfindən təkzib edilir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki