Azərbaycan İdeyası

Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar

Tarix:26-09-2025, 14:17
Baxış Sayı:7

Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir su anbarı ərazisində keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb.

Bildirilib ki, yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinləri İsmayılov Əbil Qerasin oğlu, Həsənov Şakir Şəmsəddin oğlu və İsmayılov Sənan Mənsur oğlundan 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb.

Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinləri - 2001-ci il təvəllüdlü Məmmədov Elnur Səməd oğlu və 1996-cı il təvəllüdlü Quliyev Taleh Salman oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb. 

Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9198 manat zərər dəyməsi müəyyən edilib. 
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən reydlər davam etdirilir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr