Azərbaycan İdeyası

Dostuna zarafat etdi, polisə çağırıldı - Açıqlama

Tarix:10-02-2025, 12:35
Baxış Sayı:1

Dostuna zarafat etdi, polisə çağırıldı - Açıqlama

Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, bir nəfər başqa bir nömrədən səsini dəyişdirərək, dostuna zəng edib və özünü polis əməkdaşı kimi təqdim edib. Zarafat edən şəxs qarşı tərəfə tarix deyərək onun polis bölməsinə çağırıldığını söyləyib.

Aldadılan şəxs isə vəziyyətdən xəbərsiz olduğundan ona zəng edən dostunu Daxili İşlər Nazirliyi zəng mərkəzi 102-yə şikayət edib. Nəticədə hər iki şəxs polis bölməsinə çağırılıb.

Paylaşım edən şəxs zarafat edənin hüquqi baxımdan məsuliyyət daşıyıb-daşımadığını sual edib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Səməd Vəkilov məsələyə aydınlıq gətirib. 

"Həmin şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM)  310-cu maddəsinin yəni vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətinin tərkib əlamətləri vardır. Maddəyə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə nəzərdə tutulur. Bu cinayətə görə şəxslər 1500(min beş yüz) 3000(üç min) manatadək miqdarda cərimə və ya 240(iki yüz qırx) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya 2 (iki) ilədək müddətə islah işləri, eləcə də 3(üç) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin CM-in 14.2.-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə, ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Bu maddənin tələblərini nəzərə alsaq, həmin şəxs polis xəbərdarlığı ilə cinayət məsuliyyətindən azad oluna bilər", - deyə o əlavə edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov