Azərbaycan İdeyası

General Məmmədov 138 ay həbs cəzası aldı - Qalmaqallı məhkəmə bitdi

Tarix:7-12-2024, 11:04
Baxış Sayı:6

General Məmmədov 138 ay həbs cəzası aldı - Qalmaqallı məhkəmə bitdi

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham edilən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəislərinin məhkəməsi başa çatıb.

 “Qafqazinfo” məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər bəyan edib ki, müttəhim zabitlərə verilmiş ittihamlar məhkəmə istintaqında kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən onlara ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməli, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər.

Hökmə əsasən, general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov  11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Onların üzərinə həbs qoyulmuş əmlakları dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilib.

Təqsirləndirilən şəxslər hökmdən əvvəl son sözlərində verilmiş ittihamla tam razılaşmadıqlarını deyiblər. Hər biri məhkəmədən adil hökm çıxarılmasını xahiş ediblər.

Bununla da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) üstünü açdığı daha bir xüsusilə ağır cinayət hüquqi qiymətini almış olub.

Xüsusi qeyd: Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı DTX-də istintaq davam edir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr