Azərbaycan İdeyası

Ərdoğan növbədənkənar prezident seçkilərinə gedir - Tarix açıqlandı

Tarix:9-01-2026, 12:05
Baxış Sayı:3

Ərdoğan növbədənkənar prezident seçkilərinə gedir - Tarix açıqlandı

Son vaxtlarda müxalif partiyalardan olan millət vəkillərinin təmsil etdikləri partiyalardan istefa verərək hakim AKP-yə qoşulması Türkiyədə erkən seçki planını reallaşdırır.
CHP, Gələcək  və DEVA Partiyasından istefa verən millət vəkillərinin AKP-yə qoşulmasından sonra "Hürriyet" qəzetinin yazarı Əbdülqadir Selvinin fikrincə, AKP-yə yeni transferlərin davam edəcək. Selvi həmçinin prezident Ərdoğanın erkən seçkilərə getməsi və yenidən namizədliyi üçün lazım olan 360 millət vəkilinə çatmaq strategiyasını təhlil edib.

Selvi qeyd edib ki, mərasimdə nişanları şəxsən təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan qapıların ölkəsinə və millətinə xidmət etmək istəyən hər kəs üçün açıq olduğunu vurğulayıb və bu addımın yeni üzvlərə icazə verdiyini bildirib

Selvi mənbələrdən əldə etdiyi məlumta istinadən bildirib ki, AKP-nin İyi Partiyası, DEVA Partiyası və Gələcək Partiyasından ayrılmaların davam edəcək.

Ə. Selvi AK Partiyaya keçidlərin sadəcə transfer məsələsi deyil,strategiyanın məhsulu olduğunu iddia edib.

Konstitusiyanın 116-cı maddəsinə əsasən, erkən seçkilər barədə qərarın üçdə üç səs çoxluğu ilə qəbul edildiyini qeyd edən Selvi, Prezident Ərdoğanın üçüncü müddətə namizədliyini irəli sürməsi üçün parlamentin beşdə üçünün səs çoxluğuna və ya 360 millət vəkilinə ehtiyacı olduğunu xatırladıb. "Yeni əlavələrlə AK Partiyanın 275, MHP-nin isə 47 millət vəkili var.

Bununla da hakim Cümhur İttifaqının parlamentdəki millət vəkillərinin cəmi sayı 322 çatır. 360-ə çatmaq üçün daha 38 millət vəkilinin dəstəyinə ehtiyac var", - Selvi vurğulayıb.

Selvi 56 parlament üzvü olan DEM Partiyasının bu prosesdə əsas rol oynaya biləcəyinə diqqət çəkib.

Selvi erkən seçkilərin 2026-cı ildə deyil 2027-ci ildə keçiriləcəyi proqnozunu verib. Seçkilərdə qalib gəlmək üçün iqtisadi canlanmanın zəruri olduğunu vurğulayan Selvi, 2027-ci ilin iqtisadi bum ili olacağını və minimum əmək haqqı alanların, təqaüdçülərin və dövlət qulluqçularının artan rifahdan faydalanacağını iddia edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi