Azərbaycan İdeyası

Sülhdən sonra sülhməramlılar?

Tarix:9-01-2026, 16:00
Baxış Sayı:2

Atəşkəs əldə olunacağı təqdirdə Ukraynada yerləşdiriləcək sülhməramlı kontingentin sayı 15–20 min nəfər arasında ola bilər. Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək “İstəkli ölkələr koalisiyası”nın görüşündə Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret öhdəliklərin təqdim olunacağını bildirib.

Mənbələrə görə, bəzi Avropa paytaxtlarında kontingentin sayının 30 minə çatdırılması da müzakirə olunur. Sülhməramlılar dəniz, hava və quru təhlükəsizliyinin təminində rol oynaya bilər. Əsas qüvvəni Fransa və Böyük Britaniya təqdim edəcək: quru və hava komponentlərinə bu ölkələr cavabdeh olacaq. Türkiyə isə Qara dənizdə nəqliyyat yollarının təhlükəsizliyini üzərinə götürməyə hazır olduğunu bildirib.
Hələlik, sülhməramlıların cəbhə xəttinə nə dərəcədə yaxın yerləşdiriləcəyi bəlli deyil. Avropalı rəsmilərin əksəriyyəti onların Ukraynanın qərbində, Ukrayna ordusuna dəstək və təlim məqsədilə yerləşdiriləcəyini düşünür.

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq qoşunların mövcudluğunu təhlükəsizlik zəmanətləri üçün vacib şərt adlandırıb. Onun sözlərinə görə, bu addım həm vətəndaşlar, həm də biznes və investorlar üçün Rusiyanın yenidən təcavüz etməyəcəyinə dair inam yaradacaq.

Sülhməramlılarn yerləşdirilməsi Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin birdəfəlik itirilməsinə, Ukraynanın suverenliyinin pozulmasına gətirib çıxara bilərmi?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə yönəlmiş vacib addım olsa da, bu prosesin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə bu və ya digər şəkildə təsir etmə ehtimalı da var: “Makronun dediyi kimi, bu qüvvələr həm Ukraynanın gələcək təhlükəsizliyini təmin etməyi, həm də bölgədəki sabitliyi gücləndirməyi hədəfləyir. Lakin bu qərarın həm daxili, həm də beynəlxalq müstəvidə yaratdığı risklər, xüsusən işğal altındakı ərazilərin statusu ilə bağlı əhəmiyyətli narahatlıqlar doğurur.

Məlumdur ki, sülhməramlı qüvvələr, adətən münaqişə tərəfləri arasında atəşkəsi təmin etmək və humanitar yardımların çatdırılmasını asanlaşdırmaq məqsədilə yerləşdirilir. Bu mənada Ukrayna prezidenti haqlı olaraq qeyd edir ki, sülhməramlıların mövcudluğu Ukraynanın təhlükəsizliyi üçün olduqca vacib zəmanətdir. Lakin sülhməramlı qüvvələrin yerləşdirilməsi, həm də işğal altındakı ərazilərin nə vaxtsa təkrar Ukrayna nəzarətinə keçməsinə də mane ola bilər.

Bu həm də münaqişənin həlli prosesində problemlər yarada bilər, çünki Rusiya, bu razılaşmanı beynəlxalq hüquqa qarşı bir haqqın tanınması kimi qəbul edəcək. Beləliklə, sülhməramlı qüvvələrin yerləşdirilməsi, işğal altındakı ərazilərdə de-fakto bir status-kvo yaradaraq, Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsini çətinləşdirə bilər”.

Politoloq qeyd edib ki, beynəlxalq hüquq baxımından, sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə baş verir. Zelenskinin dediyi kimi, sülhməramlılar, Rusiyanın gələcək təcavüzlərinə qarşı bir zəmanət ola bilər, amma bu qüvvələrin hansı ərazilərdə yerləşdiriləcəyi, məsələnin ən həssas tərəfidir: “Sülhməramlılar cəbhə xəttinə yaxın yerləşdirilərsə, bu, yeni mübahisələrə yol aça bilər. Ukraynanın qərbində yerləşdirilmələri isə, sadəcə təlim və daxili təhlükəsizlik məqsədilə faydalı olsa da, münaqişənin hələ də davam edən hissələrindəki hərbi fəaliyyətlərə müdaxilə etməməsi üçün bu məsələyə çox ehtiyatla yanaşılmalıdır.

Amma istənilən halda, Avropa ölkələrinin bu dəstəyi, Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı olan tələblərinə cavab verəcək və sülhməramlı qüvvələrin yerləşdirilməsi bu bölgədəki güc balansını sabitləşdirəcək. Ümumi olaraq deyə bilərik ki, sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi, müharibənin sonlanması və gələcək təhlükəsizliyin təmin edilməsi baxımından vacib olsa da, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan təsiri həqiqətən də ciddi müzakirələrə səbəb olacaq”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki