Azərbaycan İdeyası

İranda hakimiyyətin simvolları darmadağın edilir, Süleymani heykəli aşırıldı – Molla rejiminin sonu gəldi...

Tarix:8-01-2026, 14:00
Baxış Sayı:7

Hazırda İranda genişmiqyaslı xalq etirazları davam edir.

Musavat.com xəbər verir ki, baş verən proseslər təkcə lokal aksiyalarla məhdudlaşmır, bəzi hallarda kortəbii iğtişaş və açıq üsyan xarakteri alır.

Daxil olan son məlumatlara görə, ölkənin ən azı üç böyük şəhərində vəziyyət etirazçıların nəzarəti altına keçib və rəsmi Tehran hadisələrin qarşısını almaqda ciddi çətinlik yaşayır.

Müxtəlif sosial şəbəkələrdə yayılan videolardan və sosial mediada gedən xəbərlərdən aydın olur ki, etirazlar həm farsların sıx yaşadığı bölgələrdə, həm də digər etnik qrupların məskunlaşdığı ərazilərdə eyni intensivliklə davam edir. Qarşıdurmalar zamanı ölən və yaralananların sayının az olmadığı bildirilir. İran hökuməti isə vəziyyəti nə nəzarətə götürə, nə də etiraz dalğasını səngidə bilir.

Yayılan görüntülər İran cəmiyyətində molla rejiminə qarşı yığılıb qalmış dərin nifrətin açıq şəkildə üzə çıxdığını göstərir. Etirazçılar rəsmi Tehrana bağlı simvolları, dövlət atributlarını, bayraqları, eləcə də rejimi təmsil edən heykəl və abidələri hədəf alırlar. Onlar ya yandırılır, ya da nümayişkaranə şəkildə aşırılır.

Bu cür hadisələrdən ən çox diqqət çəkəni isə İran rejiminin əsas simalarından biri hesab olunan *Qasım Süleymani*nin heykəli ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan kadrlarda Fars əyalətinin mərkəzində yerləşən Süleymani heykəlinin etirazçılar tərəfindən aşırıldığı görünür. Görüntülərdən aydın olur ki, bu addım adi vandalizm deyil, simvolik və dərin siyasi mesaj daşıyan bir aksiyadır.

Etirazçılar heykəli o qədər nifrət və aqressiya ilə yerlə bir edirlər ki, bu mənzərə İran cəmiyyətinin mövcud hakimiyyətdən hansı həddə bezdiyini açıq şəkildə nümayiş etdirir.

Musavat.com-un arayışı: Qasım Süleymani 11 mart 1957-ci ildə anadan olub. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru, xarici əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” qüvvələrinin komandanı olub. Süleymani İranın Yaxın Şərqdə apardığı hərbi-siyasi strategiyanın əsas memarlarından biri sayılırdı və uzun illər ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyidən sonra ikinci ən nüfuzlu şəxs kimi təqdim edilirdi.

2020-ci il yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi raket zərbəsi nəticəsində öldürülüb. Əməliyyat ABŞ-ın o zamankı prezidenti Donald Trampın birbaşa göstərişi ilə icra edilib. Ölümündən sonra ona general-leytenant rütbəsi verilib.
Qasım Süleymani müxtəlif dövrlərdə Azərbaycan dövlətini İran üçün təhlükə kimi qiymətləndirib. O, Azərbaycanın milli maraqlarına qarşı mövqe sərgiləyib, regiondakı proseslərdə Bakının rolunu açıq şəkildə tənqid edib və bir sıra hallarda hədə və təzyiq ritorikasından istifadə edib. Bu səbəbdən onun fiquru Azərbaycan ictimai rəyində də birmənalı qarşılanmayıb.

İranda baş verən son hadisələr göstərir ki, molla rejimi cəmiyyət üzərində ideoloji və psixoloji nəzarəti sürətlə itirir. Rejimin əsas simvollarının, o cümlədən Qasım Süleymaninin heykəllərinin aşırılması artıq təkcə etiraz deyil, mövcud hakimiyyətə qarşı açıq və barışmaz münasibətin ifadəsidir. Bu proseslər fonunda İranın hazırkı siyasi sisteminin gələcəyinin son dərəcə qeyri-müəyyən olduğu qənaəti getdikcə daha çox güclənir.

Musavat.com mövzu ilə bağlı inkişafları izləməkdə davam edir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov