Azərbaycan İdeyası

Türkiyənin vasitəçilik təşəbbüsü: ABŞ kənardan izləyəcək, yoxsa…

Tarix:6-01-2026, 16:00
Baxış Sayı:7

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə müsahibəsində bildirib ki, Rusiya–Ukrayna müharibəsi Türkiyə üçün getdikcə çətinləşən vəziyyətə çevrilib.

Prezident İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəzə çevirməyə hazır olduğunu deyib. “Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda Vaşinqton–Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərən, güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq”, – deyə Ərdoğan vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, Vaşinqton İstanbul formatının bərpasında birbaşa iştirakçı olmaq istəməz.

Musavat.com-a şərhində o bildirib ki, Vaşinqton birbaşa iştirakçı olsa, münaqişə tərəfi kimi imic formalaşdıra bilər: “İstanbul formatı bərpa olunarsa, ABŞ birbaşa iştirakçı olmasa da, danışıqlara kənardan təsir etməyə üstünlük verər. Hesab edirəm ki, əgər Türkiyə vasitəçilik rolunu gücləndirərsə, ABŞ üçün bunun müəyyən üstünlükləri olacaq. Belə demək mümkünsə, ağır siyasi yükün bölüşdürülməsi baxımından bu, müəyyən mənada ABŞ üçün faydalı ola bilər. Rusiya və Ukrayna arasında olduqca ağır danışıqlar prosesi gedir. Bu danışıqların necə nəticələnəcəyi hələ ki, qeyri-müəyyəndir. Təəssüf ki, bir çox prinsipial məsələ ilə bağlı ciddi fikir ayrılıqları var. Danışıqların fiaskoya uğraması perspektivi də mümkündür. Bu, ABŞ-nin siyasi nüfuzuna mənfi təsir göstərə bilər. Bu baxımdan Türkiyə irəli çıxıb, yenidən təşəbbüsü ələ alaraq vasitəçi kimi çıxış edərsə, ABŞ-nin siyasi yükünün azaldılması baxımından əhəmiyyətli ola bilər. Digər tərəfdən, vasitəçilik etməklə Türkiyə özünün önəmli aktor olduğunu nümayiş etdirir. Danışıqların dinamikasına baxsaq, tərəflər arasında fikir ayrılıqları olsa da, bir çox məsələ razılaşdırılıb”.

M.Məmmədlinin fikrincə, danışıqların uğurla nəticələnməsi ehtimalı var: “Rusiya–Ukrayna müharibəsinin bitməsi və post-münaqişə dövrü ilə bağlı məsələlərin həlli perspektivi mövcuddur. Təbii ki, proseslərin riskli tərəfləri də var. ABŞ müəyyən geosiyasi fayda da əldə edir. Odur ki, İstanbul formatının bərpasının ABŞ-nin maraqlarına uyğun olub-olmadığını birmənalı şəkildə cavablandırmaq çətindir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr