Azərbaycan İdeyası

İranda silahlı qruplar üzə çıxdı: təhlükəli aktivlik

Tarix:3-01-2026, 10:44
Baxış Sayı:6

İran mediası ölkənin qərbində silahlı qrupların peyda olması ilə bağlı məlumatlar yayıb. Yerli mənbələrin iddiasına görə, İranın İlam vilayətinə bağlı Sarablı şəhəri ərazisində silahlı dəstələrin aktivliyi qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan və jurnalistlərin istinad etdiyi kadrlarda ov tüfəngləri və Kalaşnikov avtomatları ilə silahlanmış şəxslər görünür. Bildirilir ki, söhbət sayca az olsa da, yaxşı silahlanmış və nizamlı şəkildə hərəkət edən qruplaşmalardan gedir.

Mənbələrin iddiasına əsasən, bu silahlı dəstələrin fəaliyyəti xarici xüsusi xidmət orqanları tərəfindən koordinasiya olunur. Lakin rəsmi qurumlar yayılan məlumatlarla bağlı hələlik hər hansı açıqlama verməyiblər. musavat.com

Qeyd edək ki, İlam vilayəti İraqla sərhəddə yerləşir. Bu amil bölgədə baş verən hadisələrin təhlükəsizlik baxımından daha həssas və riskli qiymətləndirilməsinə səbəb olur.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr