Azərbaycan İdeyası

Putinin “dayanmaq olmaz” qərarı: sanksiyalar vurur, amma Kreml müharibədən geri çəkilmir

Tarix:3-01-2026, 10:39
Baxış Sayı:2

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə yanaşması və Qərb sanksiyalarına münasibəti ilə bağlı diqqətçəkən detallar açıqlanıb.

 Kremlin daxili siyasəti üzrə tanınmış ekspert Tatyana Stanovaya "The Times" üçün yazdığı geniş təhlildə Putinin psixoloji durumu və strateji düşüncə tərzini açıq şəkildə təsvir edib.

Ekspertin sözlərinə görə, Putin Ukraynanın Rusiyanın nəzarətində olan əraziləri geri almağa çalışacağını əvvəldən “qaçılmaz” hesab edib. O, eyni zamanda inanır ki, Rusiya ordusu guya mülki itkilərin qarşısını almaq üçün maksimum səy göstərir. Stanovaya yazır ki, Putin bu müharibədən utanmır və ətrafında yalnız onun düşüncələrini bölüşən şəxslər var. Kreml daxilində “dayanmaq lazımdır” deyə biləcək kimsə qalmayıb – belə fikir dərhal xəyanət kimi qəbul olunur.

Analitik vurğulayır ki, bu yanaşma nə qədər sərt və qorxulu görünsə də, Putinin dünyagörüşünü anlamağın əsas açarı məhz buradadır. Onun irrasional mövqeyi təkcə ABŞ-nin dəstəyi ilə mümkün ola biləcək və Moskva üçün müəyyən üstünlüklər vəd edən sülh razılaşmasının rədd edilməsinə səbəb olmayıb. Bu mövqe eyni zamanda onu göstərir ki, hətta ciddi iqtisadi böhran da Kreml üçün avtomatik sülh anlamına gəlmir.

Stanovayanın yazdığına görə, Qərb sanksiyalarının təsiri əvvəl gec hiss olunsa da, indi artıq açıq şəkildə üzə çıxır. Gözləntilərə əsasən, Rusiyanın hərbi və milli təhlükəsizlik xərcləri 16,8 trilyon rubla çatacaq. Bunun fonunda 2025-ci ildə neft və qaz gəlirlərinin 20 faizdən çox azalacağı proqnozlaşdırılır. Halbuki bu sahə hazırda dövlət büdcəsinin təxminən 38 faizini təmin edir.

Ekspert qeyd edir ki, Moskva restoranlarının dolu qalması zahiri rifah görüntüsü yaratsa da, iqtisadi qeyri-müəyyənlik cəmiyyətdə 1990-cı illərin sosial qeyri-sabitliyinə qayıdış qorxusunu gücləndirir. Dövlət mediasının yaydığı sorğulara əsasən, dekabr ayında “narahatlıq” sözü 2025-ci ilin sözü kimi seçilib.

Bütün risklərə baxmayaraq, Putinin düşüncəsinə görə, müharibəni dayandırmaq Rusiya üçün daha ağır nəticələr doğura bilər. O hesab edir ki, indi geri çəkilərsə, Ukraynanı bir daha bu qədər “əlverişli” məqamda sıxışdırmaq imkanı olmayacaq və zaman öz xeyrinə işləyir.

Tatyana Stanovayanın yekun qənaətinə görə, sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədəcək, lakin bu təsir Putinin müharibə ilə bağlı strateji qərarlarını dəyişmək üçün çox gec baş verə bilər.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki