Azərbaycan İdeyası

İran prezidentinin qızı Bakıda “Heydərbabaya salam” salam şeirini söylədi

Tarix:23-12-2025, 12:11
Baxış Sayı:4

İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, İran prezidentinin qızı Aişə Pezeşkian Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Musavat.com xəbər verir ki, Aişə Pezeşkian çıxışı zamanı Azərbaycana bundan əvvəl ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

O, Xankəndidə olduğunu və məmnunluğunu ifadə edərək bildirib ki, bu səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.

Aişə Pezeşkian vurğulayıb ki, Azərbaycan və İranı dərin milli-mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, məhz bu ortaq dəyərlər və tarixi köklər üzərində hər iki cəmiyyətdə ailə institutu formalaşıb və bu amil uşaqların qorunması, onların sağlam mühitdə yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İran prezidentinin qızı çıxışını məşhur “Heydərbabaya salam” şeirindən bir parça ilə yekunlaşdırıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr