Azərbaycan İdeyası

Tramp bu prezidenti də düşmən elan etdi

Tarix:12-12-2025, 09:28
Baxış Sayı:3

Tramp bu prezidenti də düşmən elan etdi

ABŞ Prezidenti Donald Tramp daha bir dövləti düşmən elan edib. Onun hədəfinə Venesuela lideri Nikolas Madurodan sonra Kolumbiya Prezidenti Qustavo Petro tuş gəlib.

Tramp jurnalistlərə açıqlamasında Petronun ölkəsinə qarşı düşmənçilik etdiyini iddia edib.

Birləşmiş Ştatların rəhbəri Kolumbiyanın çoxlu narkotik istehsal etdiyini və birbaşa ABŞ-yə kokain satdığını bildirib.

Tramp bildirib ki, əgər Qustavo Petro dərs çıxarmasa, Madurodan sonra növbəti hədəf o olacaq.

 "O, ABŞ-a qarşı olduqca düşmənçilik mövqeyindədir. Əgər ağıllı olmasa, böyük problemə düşəcək", -deyə o qeyd edib.

Tramp nə etmək istəyir? Ölkə başçılarını bir-birinin ardınca hədəf almaqda biznesmen prezidentin məqsədi nədir?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında burada başqa niyyətin olduğunu qeyd edib: Trampın 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Birləşmiş Ştatların qeyri-standart siyasi davranışlarını müşahidə etməkdəyik. Artıq ABŞ dünyada sülhün və əmin-amanlığın qarantı kimi çıxış etmir, daha çox özünün siyasi və iqtisadi maraqlarını güdür. Amma bu yolda da Tramp kifayət qədər istehza doğuran hərəkətlərə yol verir. Tramp bu ilin əvvəlində Kanadaya, Qrenlandiyaya, Panama kanalına iddia irəli sürərək, onları ABŞ-yə birləşdirəcəyini elan etmişdi. Ancaq bütün bunlar hələ də baş verməyib. Ona görə də, Trampın iddiaları qeyri-ciddi qarşılanır. O, ölkələrə və proseslərə biznes gözü ilə baxır. Rusiya-Ukrayna müharibəsinə yanaşması da belədir, əvvəlki istəkləri də elə olub. Lakin biznes maraqlarının qarşısında güclü siyasi maneələrin olduğunu qəbul etməsi lazımdır. Birləşmiş Ştatların Venesuelaya qarşı sanksiyalarından sadə insanlar əziyyət çəkir, nəinki dövlət başçısı Maduro. Sirr deyil ki, Amerika neftlə zəngin Venesuelanı ələ keçirmək istəyir. Trampın Kolumbiyaya qarşı iddiaları da çox güman ki, ABŞ-nin iqtisadi maraqlarından qaynaqlanır. Birləşmiş Ştatların mövcud siyasəti onu deməyə əsas verir ki, bu iddialar Kolumbiya üçün ağır nəticələrə gətirib çıxaracaq".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov