Azərbaycan İdeyası

Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib?

Tarix:26-11-2025, 14:32
Baxış Sayı:7

Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının stenoqramı yayılıb.

“Bu il oktyabrın 14-də baş tutmuş telefon danışığının təfərrüatını “Bloomberg” agentliyi yayımlayıb. 

Beş dəqiqə davam edən söhbət zamanı Uitkoff Uşakova Donald Trampın Ukrayna ilə bağlı sülh planının Vladimir Putinə necə təqdim edilməsi barədə məsləhətlər verib, həmçinin Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl Ağ Evə zəng etməyi tövsiyə edib:

“Söhbət əsnasında Uşakovun Rusiya və ABŞ liderlərinin bir-birinə zəng etməsinin faydalı olacağı fikri ilə razılaşan Uitkoff ona Putinin Trampla söhbəti necə aparması barədə tövsiyələr verib”.

Uitkoff təklif edib ki, söhbət zamanı Putin Trampı Qəzza sektorunda əldə etdiyi nailiyyətlər münasibətilə təbrik etsin, həmçinin ABŞ liderinin “sülh adamı” olmasına hörmətlə yanaşdığını və sülh müqaviləsi bağlanarsa, Rusiyanın “məmnun qalacağını” diqqətə çatdırsın. 

Həmçinin ABŞ rəsmisi Qəzza sektoru ilə bağlı sülh razılaşmasına bənzər 20 maddəlik sülh planının hazırlanması imkanından danışıb.

Məlumata görə, o həmçinin Vladimir Putinə dərin hörmət bəslədiyini söyləyib və sülh sazişi çərçivəsində “Donetsk və hansısa digər ərazilərin mübadiləsi” haqqında fikirlərini deyib.

“Gəlin ümidlə danışaq, çünki mən düşünürəm ki, biz saziş bağlaya biləcəyik. Hesab edirəm ki, Yuri, prezident mənə saziş bağlamaq üçün daha çox azadlıq və sərbəstlik verəcək”, - Uitkoff qeyd edib.

Stenoqrama görə, söhbətin sonunda Uitkoff Uşakova Volodimir Zelenskinin oktyabrın 17-də Ağ Evə səfər edəcəyini bildirib və bu görüşdən əvvəl Putinlə Tramp arasında telefon danışığının təşkilini təklif edib. Uşakov cavabında Uitkoffun məsləhətlərini başa düşdüyünü və onları Putinlə müzakirə edəcəyini, bundan sonra isə onunla yenidən əlaqə saxlayacağını deyib.

Agentliyin məlumatına görə, ikinci söhbət Uşakov və Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında baş tutub. Söhbət zamanı Dmitriyev Ukrayna ilə bağlı “sülh planı” təklifindən danışıb. 

Hər iki söhbətin iştirakçısının Uşakov olması faktı məhz onun dinlənildiyinə işarə edə bilər. Lakin “Bloomberg” bunu kimin etdiyi və dinləmə yazılarının kimdən alındığı barədə məlumat verməyib.

Xatırladaq ki, bu telefon danışığından 2 gün sonra - oktyabrın 16-da Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. 2,5 saat davam edən bu söhbəti Tramp çox məhsuldar adlandırıb və Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşmək planlarından danışıb. 

Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı 28 maddəlik sülh planı isə noyabrın 21-də açıqlanıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov