Azərbaycan İdeyası

İsrail və HƏMAS razılaşdı: Qəzza xalqının sevinci, Türkiyəyə təşəkkür - Video

Tarix:9-10-2025, 09:16
Baxış Sayı:10

İsrail və HƏMAS razılaşdı: Qəzza xalqının sevinci, Türkiyəyə təşəkkür - Video

Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram.

"Bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.

"HƏMAS" hərəkatının bəyanatında deyilir ki, Qəzzada atəşkəs razılaşmasının əldə olunub.
"HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır", - bəyanatda deyilir.

Onlar Misir, Qətər və Türkiyəyə təşəkkür edib, atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində çalışdığına görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirilər.

Donald Tramp da öz növbəsində Türkiyəyə təşəkkür edib.

BMT-nin baş katibi Antonio Quterreş bəyan edib ki, ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəsin təmin edilməsi və girovların azad edilməsinə dair razılaşmanın elan edilməsini alqışlayır.

Bununla belə, Vadi-Qəzzanın şimalındakı Qəzza zolağı döyüş bölgəsi olaraq qalır və mülki şəxslərin oraya qayıtması son dərəcə təhlükəlidir.

"İsrail ordusu Qəzza şəhərini mühasirəyə almağa davam edir, bu da ora qayıtmağı son dərəcə təhlükəli edir. Təhlükəsizliyiniz üçün rəsmi göstəriş alana qədər şimala qayıtmayın və hərbi qüvvələrin fəaliyyət göstərdiyi ərazilərə yaxınlaşmayın", - deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avixai Adrai bildirib.

Bütün bunların fonunda Qəzza xalqının sevinci əks etdirən görüntülər də dünya mediasının gündəm mövzularından olub.

<embed width="640" height="360" src="https://player.olke.az?v=47583&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr