Paytaxtın ən böyük və ən dinamik rayonlarından biri olan Yasamalda vətəndaşlarla keçirilən səyyar görüşlər artıq insanların dövlət qurumlarına olan inamını daha da gücləndirən mühüm platformaya çevrilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə keçirdiyi növbəti görüş də məhz bu baxımdan xüsusi diqqət çəkdi. Görüş zamanı rayon sakinlərinin problemlərinin diqqətlə dinlənilməsi, müraciətlərə operativ yanaşılması və insanların qayğılarının həlli istiqamətində verilən tapşırıqlar dövlət-vətəndaş münasibətlərində səmimiyyətin və məsuliyyətin bariz nümunəsi oldu. Bu işlərin təşkilində Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyevin fəaliyyəti və vətəndaşlarla münasibətdə nümayiş etdirdiyi həssas yanaşma xüsusilə təqdir olunur.
Hüseyn Əfəndiyev uzun illərdir dövlət idarəçiliyində məsuliyyətli fəaliyyəti, insanlarla səmimi münasibəti və vətəndaş problemlərinə həssas yanaşması ilə seçilən şəxslərdən biridir. Onun fəaliyyəti yalnız kabinet çərçivəsində deyil, insanların gündəlik qayğılarının həllində, onların müraciətlərinin dinlənilməsində və problemlərinin aradan qaldırılması istiqamətində atılan addımlarda özünü açıq şəkildə göstərir. Bu gün Yasamal rayonunda sakinlərin dövlət qurumlarına rahat şəkildə müraciət edə bilməsi, onların problemlərinin diqqətlə araşdırılması və həlli istiqamətində konkret addımların atılması dövlət siyasətinə sadiq yanaşmanın göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıqların yerlərdə uğurla icra olunması məhz belə rəhbərlərin fəaliyyəti nəticəsində mümkün olur. Hüseyn Əfəndiyev dövlət başçısının həyata keçirdiyi siyasətə sadiqliyi, insanlara xidmət prinsiplərinə bağlılığı və dövlətçilik mövqeyi ilə seçilən idarəçilərdəndir. O, fəaliyyətində hər zaman ölkə rəhbərinin müəyyən etdiyi xətti əsas götürərək insanların rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli və vətəndaşlara diqqətin artırılması istiqamətində məsuliyyətlə çalışır.
Yasamal rayonunda keçirilən görüşdə sakinlərin müxtəlif sosial məsələlərlə bağlı müraciətlərinə diqqətlə yanaşılması, problemlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə konkret göstərişlərin verilməsi dövlətə və xalqa xidmət anlayışının praktik nümunəsi kimi qiymətləndirilir. Belə görüşlər insanların öz problemlərini birbaşa çatdırmasına imkan yaratmaqla yanaşı, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı da gücləndirir. Hüseyn Əfəndiyev də bu proseslərdə daim fəallığı, vətəndaşlarla ünsiyyətdə mədəni və səmimi davranışı ilə seçilir.
Onun fəaliyyətində xüsusi diqqət çəkən məqamlardan biri də sosial həssas qruplara göstərilən münasibətdir. Aztəminatlı ailələrin problemlərinə biganə qalmaması, bayram günlərində həmin ailələrə diqqət göstərilməsi, onların qayğılarının yüngülləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İnsanların sevincinə və çətin günlərinə şərik olmaq, ehtiyacı olan ailələrin yanında dayanmaq yalnız vəzifə məsuliyyəti deyil, həm də yüksək insani keyfiyyətlərin göstəricisidir. Hüseyn Əfəndiyevin fəaliyyəti də məhz bu mənəvi dəyərlər üzərində qurulub.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı isə onun fəaliyyətində xüsusi yer tutur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə hörmət və dəstək göstərilməsi hər bir dövlət nümayəndəsinin mənəvi borcudur. Hüseyn Əfəndiyev də bu məsuliyyəti dərindən anlayan şəxslərdəndir. Şəhid ailələrinin problemləri ilə maraqlanması, onların sosial məsələlərinin həllinə dəstək göstərməsi və müxtəlif əlamətdar günlərdə həmin ailələrin yanında olması insanlar tərəfindən yüksək qiymətləndirilir. Bu münasibət həm dövlətə bağlılığın, həm də milli-mənəvi dəyərlərə sadiqliyin göstəricisidir.
Yasamal rayonunda aparılan işlərə nəzər saldıqda aydın görünür ki, burada əsas məqsəd yalnız inzibati idarəçilik deyil, insanların rahatlığının və məmnunluğunun təmin olunmasıdır. Sakinlərin müraciətlərinə operativ yanaşılması, onların problemlərinin həllinə çalışılması və rayonun sosial həyatında müsbət dəyişikliklərin həyata keçirilməsi idarəçilikdə məsuliyyətli yanaşmanın göstəricisidir. Hüseyn Əfəndiyev bu proseslərdə öz peşəkarlığı, təcrübəsi və insanlarla münasibətdə nümayiş etdirdiyi yüksək mədəniyyətlə seçilir.
Bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biri vətəndaş məmnunluğunun təmin olunması, insanlara qayğının artırılması və sosial rifahın yüksəldilməsidir. Yasamal rayonunda həyata keçirilən tədbirlər və sakinlərlə keçirilən görüşlər də bu siyasətin uğurlu nəticələrindən biridir. Belə fəaliyyət insanların dövlətə olan inamını daha da gücləndirir, cəmiyyətlə dövlət arasında sağlam münasibətlərin formalaşmasına xidmət edir. Hüseyn Əfəndiyevin fəaliyyəti də məhz dövlətçilik prinsiplərinə sadiqliyin, xalqa xidmət anlayışının və insanlara hörmətin nümunəsi kimi diqqət çəkir.
İnsanların problemlərini öz problemi kimi qəbul edən, onların müraciətlərinə həssas yanaşan və daim xalqın yanında olan rəhbərlər cəmiyyətdə hər zaman hörmətlə qarşılanır. Hüseyn Əfəndiyev də öz fəaliyyəti ilə bu hörməti qazanan şəxslərdəndir. Onun dövlətə sədaqəti, Prezident cənab İlham Əliyevin siyasətinə bağlılığı, insanlara göstərdiyi diqqət və sosial məsələlərə həssas münasibəti Yasamal rayonunda aparılan idarəçilik işlərində aydın şəkildə hiss olunur. Belə idarəçilik nümunələri isə dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir.