Azərbaycan İdeyası

Xətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib

Tarix:3-04-2026, 23:00
Baxış Sayı:21

Xətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçıları 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar qəhrəman şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.   İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bildirilib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində strateji əhəmiyyətli yüksəklikləri və 2000 hektardan çox ərazini işğaldan azad edib.
Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu nümayiş etdirərək gələcək böyük Qələbələrin əsasını qoyub. Qeyd olunub ki, xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində dövlətimizin və Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi nailiyyətlərə imza atıb.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır və bu, əldə olunan Qələbənin rəmzidir.
Digər çıxış edənlər də qeyd ediblər ki, xalqımız şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarının göstərdiyi şücaəti daim yüksək qiymətləndirir, onların xatirəsini uca tutur.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.












[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr