Azərbaycan İdeyası

Üzeyir Yusifov: Yeni reallıqlar yaradan dövlət

Tarix:10-02-2026, 00:15
Baxış Sayı:21

Üzeyir Yusifovun xüsusi rəğbət bəslədiyi Mehin Zeynalova avtomobillər  hədiyyə edib - ŞOK faktlar » As Xəbər


Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, xüsusilə son illərdə sülh gündəliyinin təşəbbüskarı və aparıcısı kimi çıxış etməsi ilə daha da möhkəmlənib. Onun liderliyi ilə respublikamız münaqişədən çıxmağı bacaran, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib.  Prezident İlham Əliyevin münaqişədən dialoqa, qarşıdurmadan əməkdaşlığa keçid prosesində göstərdiyi siyasi iradənin beynəlxalq səviyyədə tanınmasına görə fevralın 4 də “Zayed İnsan Qardaşlığı Mükafatı” verilmişdir. Mükafat, sülhün yalnız hərbi və siyasi vasitələrlə deyil, qarşılıqlı anlayış və humanist dəyərlər üzərində qurulmasının mümkünlüyünü nümayiş etdirən ölkə liderlərinə verilir.

Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuz qazanmasının əsas səbəblərindən biri də Azərbaycanın bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı və onların  insan azadlıqları və hüqüqlarının yüksək səviyyədə qorunması həmçinin hərkəsin sülh şəraitində yaşadığı Azərbaycan bu sahədə real təcrübəyə malik ölkə kimi tanınır. Cənab İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi, Azərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisidir. Bu mükafat göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmdə görülən işlərin gündəliyinə töhfə verən, söz sahibi olan dövlət kimi qəbul olunur. Prezident İlham Əliyevin şəxsində bu mövqeyin beynəlxalq səviyyədə tanınması, ölkənin gələcək diplomatik imkanlarını daha da genişləndirir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” həm də Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinə verilən dəyərin ifadəsidir.Yüksək qərarlılıq,milli maraqlara sadiqlik və eyni zamanda beynəlxalq hüquqa hörmət onun siyasi xəttinin əsas xüsusiyyətlərindən biridir. Bu keyfiyyətlər Prezident İlham Əliyevi beynəlxalq platformalarda etibarlı tərəfdaş, sözü ilə əməli üst-üstə düşən lider kimi tanıdır. Mükafat, məhz belə liderlərin müasir dünyada daha çox ehtiyac duyulan siyasi simalar olduğunu nümayiş etdirir. Əbu-Dabidə keçirilən mərasim təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda müasir dünya üçün mühüm siyasi, mənəvi və humanist mesajların səsləndirildiyi bir platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mərasimdəki çıxışı xüsusilə sülh, dinlərarası dialoq və regional sabitlik mövzularında verdiyi aydın və qəti mövqeyi ilə diqqət çəkdi. Burada təkcə mükafat sözləri deyil, həm də beynəlxalq dialoq və sülhün təşviqi istiqamətində real addımların yüksək səviyyədə tanınması kimi yüksək qiymət verilməlidir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr