Azərbaycan İdeyası

Razi Nurullayev qardaşı oğıunun DƏBDƏBƏLİ TOYUNDAN DANIŞDI: "İstəsə, Marsa da uçar"

Tarix:8-01-2026, 11:09
Baxış Sayı:0

“Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli-kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki? Və niyə nəzarət etməlidir ki”.

Bunu millət vəkili Razi Nurullayev TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində qardaşı oğlunun dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

O bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Onlar əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər:

“Onlar Rusiya vətəndaşlarıdır. Övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Onların öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər”.

Millət vəkili qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb:

“Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki. Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər. Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq. Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm. Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir”.

Qeyd edək ki, Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib. Mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.

Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov