Azərbaycan İdeyası

Mütəxəssis kolbasaya qatıldığı deyilən ətlər barədə: "Bunu heç heyvana da vermək olmaz" - VİDEO

Tarix:16-10-2025, 11:35
Baxış Sayı:7

Mütəxəssis kolbasaya qatıldığı deyilən ətlər barədə: "Bunu heç heyvana da vermək olmaz" - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə yayılan kolbasa görüntüləri insanlar arasında narahatlıq yaradıb.

Yayılan görüntülərdə Azərbaycan dilində danışan şəxs görüntülərin Moskvada çəkildiyini iddia edib:

“Moskvanın kolbasasını bəyənənlər, bəh-bəhlə yeyənlər, baxın, hamısı kolbasa zavoduna gedir. Sonra da deyirsiniz, Moskvanın kolbasasından yoxdur. Sür-sümükdən kolbasa düzəldirlər” - videoda deyilir.

Görüntülərlə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov deyib ki, kolbasa hazırlanarkən tərkibinə sümük və ya sümük tozu qatıla bilməz:

“Bu görüntülərin Rusiyaya, onun hansısa şəhər və vilayətində çəkilməsi barədə bir söz deyə bilmərəm. Amma bilmək olmaz bu görüntülərdəki məhsullar hansısa kolbasa üçündür, yoxsa hansısa heyvanların saxlama yerinə göndəriləcək. Bu haqda məlumatsızıq. Sadəcə “kolbasaya sümük qatmaq olarmı?” sualına gəlsək, Bu, qətiyyən yolverilməzdir. Kolbasaya ətin yeyilən hissələrindən - əzələ, piy hissəsindən qatıla bilər.

Bildiyimiz kimi, kolbasaya jelatın qatılır, amma sümüyü kolbasaya qatıb da hansısa bir dadı almaq məsələsi yoxdur. Kolbasaya sümük, sümüyün ovuntusu və yaxud sümüyün baş hissələrinin qatılması yolverilməzdir. Belə bir texnolgiya da yoxdur”. 

İ.Şirinov görüntülərdəki məhsulların nəinki insana, hətta heyvanlara belə verilməsinin doğru olmadığını söyləyib:

“Videoda görünən şəraitdə saxlanılan ətlərin kolbasa istehsalında istifadəsi qəbuledilməzdir. Əvvəla, burada düzgün saxlama şəraitindən söhbət gedə bilməz. Sanitar-gigiyenik normalar pozulub. Videodakı ətlər toyuğun sinə hissəsinə oxşayır. Ətin mənşəyi haqqında bir məlumat yoxdur. Heç bir soyutma sistemi olmadan məhsulalrın bu cür saxlanılmazı da normaların pozulmasıdır və yolverilməzdir. 

Bu cür ətləri heyvana apardıqda belə soyuducu sistemdə saxlanılmadan verilməsi düzgün deyil. Anti-sanitar şəraitdə saxlaılan ət və ət məhsullarında mikrob və bakteriyalar inkişaf edir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr