Azərbaycan İdeyası

Təbriz Eyyubov: Qürurla yazılan tarix

Tarix:29-05-2025, 00:43
Baxış Sayı:45

Ağsaqqallar – Yeni inkişaf mərhələsi: İslahatların vəd etdiyi böyük uğurlar


 Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi
Təbriz Eyyubov

Hər bir dövlətin tam müstəqilliyə ehtiyacı var. Müstəqillik təkcə siyasi deyil, həm də sosial, iqtisadi və mədəni faktor olmaqla hər bir dövlətin tarixində əsas rol oynayır. Xalqın azad inkişaf və cəmiyyət quruculuğu hüququnu müəyyən edir, beynəlxalq aləmdə maraqlarının müdafiəsinə təminat verir. 107 il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu, müsəlman Şərqində ilk demokratik Respublika idi. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.

Müsəlman dünyasında ilk dəfə qadınlara da seçmək və seçilmək hüququ verildi. Bu da o dövr üçün tarixi nailiyyət idi. Beləliklə, Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğu növbəti dəfə təsdiqləndi.

Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin təzyiqləri belə Azərbaycan xalqının müstəqillik və azadlıq arzularını qıra bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Amma bu proses asan olmadı. Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyəti səbəbindən Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir şəraitdə görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi.


Vidadi Bayramov: Qürurla yazılan tarix

Ulu öndər Heydər Əliyev deyirdi ki, “biz nadir bir irsin varisləyirik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Zaman göstərdi ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətindir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi bütün dövlətçilik ənənələrini, ən əsası öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün Azərbaycanın hər yerində dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Azərbaycanı belə güclü və qüdərtli dövlətə çevrilməsinin şahidi olduğumuz üçün biz çox xoşbəxt nəsilik.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan orta gücə çevrilib.

Təsadüfi deyil ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra - dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyətinə, məzmununa uyğun daha dəqiq ifadə olunması yönündə də addımlar atıldı. Belə ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 28 May Müstəqillik, 18 Oktyabr isə Müstəqilliyin bərpası günü kimi qeyd olunur.

Beynəlxalq münasibətlər sisteminin layiqli üzvü, qalib Azərbaycan bu gün ən güclü inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də söylədiyi kimi, müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Biz müzəffər xalq kimi böyük zəfərimizə layiq olmalıyıq. Müstəqilliyimizin əbədi-dönməz olması uğrunda səylərimizi daim səfərbər etməliyik.
 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov