Azərbaycan İdeyası

Əsli Alıyeva: Zəfər səlnaməmizin şanlı səhifələri

Tarix:23-10-2024, 13:39
Baxış Sayı:85

V.Əsədov adına uşaq bağçasının müdiri Əsli Alıyeva -Vətən müharibəsi zamanı Qubadlı rayonunun işğaldan azad olunması Zəfər səlnaməmizin şanlı səhifələrindəndir. 25 oktyabr 2020-cü il tarixində Qubadlı şəhərinin düşmən tapdağından azad edilməsi 44 günlük Zəfər yürüşünün gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu.

Bu gün işğaldan azad olunan digər rayonlarımız kimi, Qubadlı rayonunda da infrastruktur layihlərinin icrası uğurla davam etdirilir. 2022-ci ilin oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir.

Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər və meşə parkları, çaykənarı bulvar, həmçinin ictimai bağlar bu rayonun simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib.

Dövlətimizin başçısı bununla bağlı demişdir: “Artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Prezident İlham Əliyevə təqdim edilən Baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonunda birləşməni təmin edəcəkdir.

Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror əməliyyatları zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənə öz layiqli yerini göstərdi və tarixi Zəfərlərə imza atdı. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edərək bütün müstəvilərdə yeni uğurlara imza atmaqdadır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov