Azərbaycan İdeyası

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə

Tarix:30-08-2024, 10:56
Baxış Sayı:2

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə

Özbəkistan yeni strategiyalar üzərində çalışır və əsas hədəflərindən biri Azərbaycanla isti münasibətlər qurmaqdır. Təməl artıq qoyulub. Cənab Prezidentin Özbəkistana səfəri olduqca uğurlu keçdi. Perspektiv son dərəcə işıqlı görünür.

Cənab Prezident İlham Əliyevin dediyi kimi “bu gün imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair müqavilənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir. İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir. “
Digər diqqət çəkən məqam Özbəkistanın sürətlə Türkiyəyə də yaxınlaşmasıdır və bu, olduqca müsbət haldır. Çünki Türkiyə ilə Azərbaycanın Özbəkistanla paralel fonda isti münasibət qurması, hər üç dövlətin bərabərliyi gücü birə-beş artıracaq və strateji mövzularla bağlı vahid fikrin ifadə olunmasına, vahid iradənin ortaya qoyulmasına xidmət edəcək.
Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibəti olduqca böyük perspektivlər vəd edir. Hərbi sahədəki yaxınlaşma isə həmin perspektivlər sırasında ən cəlbedici istiqamətlərdən biri olacaq.

Sirr deyil ki, Özbəkistan Mərkəzi Asiyada Rusiyaya əyilməyən yeganə ölkədir. Özbəkistan artıq Qoşulmama Hərəkatı ilə aktiv münasibətlər qurmaqda, regiondakı digər qonşuları ilə münasibətləri bərpa etməyə çalışmaqdadır. Ümumiyyətlə, Özbəkistan Qazaxıstanla birlikdə Mərkəzi Asiyanın iki əsas hərbi və enerji ölkəsi olduğu üçün Türkiyə müdafiə naziri Hulusi Akar bu iki ölkəni "bölgənin onurğa sütunu” adlandırmışdır. Akar 2020-ci ildə bölgəyə səfəri zamanı məhz bu iki ölkə ilə hərbi əməkdaşlıq sazişləri imzalamış və geniş ictimaiyyətdə bu, Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan Ordusu”nun yaradılması istiqamətində atılmış ilk addım olaraq qiymətləndirilmiş, xüsusilə Rusiya media aləmində geniş narahatlıqlarla ifadə olunmuşdu.
2021-ci ilin 15 iyununda Türkiyənin Azərbaycanla müvafiq Şuşa Bəyannaməsi də hərbi ittifaqın yaradılmasını özündə ehtiva edir. Cənab Prezident İlham Əliyevin bugünlərdə Özbəkistan səfərində Prezident Şavkat Mirziyoyevlə olduqca səmimi görüşü, ölkələr arasında münasibətlərin tarixi kökə bağlantısının, vahid dil və millət ünsürlərinin, türk kimliyinin vurğulanması, o cümlədən hərbi əməkdaşlığa dair sazişlər, bütün bunlar vahid bir ideyanın bir parçalarıdır.
Bu, türk dünyasının etnik, milli, mədəni müstəvidə daha öncə baş tutan birliyinin hazırda iqtisadi və hərbi sahəyə keçməsi kimi də başa düşülə bilər.
Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov