Azərbaycan İdeyası

Adəm İsmayıl Bakuvi: “Azərbaycanın MDB-də rolunu əməkdaşlıq və inteqrasiyanın nümunəsi kimi xarakterizə etmək olar”

Tarix:11-10-2025, 16:02
Baxış Sayı:1

Adəm İsmayıl Bakuvi: “Azərbaycanın MDB-də rolunu əməkdaşlıq və inteqrasiyanın nümunəsi kimi xarakterizə etmək olar”

Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının oktyabrın 10-da keçirilmiş iclası bir daha göstərdi ki, qlobal siyasi xəritədə yeni güc mərkəzlərinin formalaşdığı bir vaxtda bu qurumun fəaliyyətində sabitliyin və əməkdaşlığın qorunması, iştirakçı dövlətlər arasında münasibətlərin inkişafı xüsusi önəm kəsb edir.

Bu barədə aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.

Partiya sədri bildirib ki, cənab Prezident İlham Əliyevin Düşənbədəki çıxışı Azərbaycanın MDB çərçivəsində gördüyü işlərin və tutduğu mövqenin aydın ifadəsi idi: “Dövlət başçısı, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinin təşkilat daxilində əlaqələrin əsasını təşkil etdiyini vurğulamaqla yanaşı, humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə də toxundu. Dövlət başçısının “bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” fikri Azərbaycanın yalnız siyasi deyil, mədəni və mənəvi dəyərlərin paylaşılmasına da böyük önəm verdiyini nümayiş etdirir. Azərbaycan artıq MDB daxilində sadəcə iştirakçı yox, eyni zamanda təşəbbüs irəli sürən, əməkdaşlıq gündəliyinə real töhfələr verən ölkə kimi çıxış edir. Ölkəmiz bölgədə mədəni, humanitar və iqtisadi əlaqələrin inkişafında fəal rol oynayır. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam, Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunması da təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış Laçının qısa müddətdə dirçəldilməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bərpa və quruculuq gücünün göstəricisidir.”

Daha sonra müsahibimiz Gəncədə keçirilmiş III MDB Oyunlarının əhəmiyyətini vurğulayıb: “Cənab Prezidentin qeyd etdiyi kimi, III MDB Oyunlarında 13 dövlətdən 1600-dən artıq idmançı iştirak edib və yarışlar yalnız Gəncədə deyil, ölkənin digər altı şəhərində də baş tutub. Bu isə Azərbaycanın regionda idman vasitəsilə birgəyaşayış, əməkdaşlıq və sülh ideyalarını təşviq etdiyini göstərir. Gəncənin bu mötəbər tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Gəncə Azərbaycanın tarixi, mədəni və mənəvi irsini daşıyan önəmli bir şəhərdir. MDB Oyunlarının burada keçirilməsi ölkəmizin köklü ənənələri ilə müasir imicinin vəhdətinin bariz nümunəsidir. İdman sahəsində atılan bu addımlar təkcə gənclərin inkişafına yox, həm də ölkələrarası etimadın möhkəmlənməsinə xidmət edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
"Mossad" Xamenei ilə bağlı şok məlumat yaydı – Ancaq yatır...
"Mossad" Xamenei  ilə bağlı şok məlumat yaydı  – Ancaq yatır...
Tokayev Azərbaycan Prezidentinə qazax milli geyimini hədiyyə edib - VİDEO
Tokayev Azərbaycan Prezidentinə qazax milli geyimini hədiyyə edib - VİDEO
Tramp Ağ Evi SÖKÜR - Yerində görün nə TİKİLƏCƏK
Tramp Ağ Evi SÖKÜR - Yerində görün nə TİKİLƏCƏK
İlham Əliyev: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb"
İlham Əliyev: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb"
Azərbaycanlı reper müharibədə həlak oldu - Foto
Azərbaycanlı reper müharibədə həlak oldu - Foto
“Biz bu dəstəyi həmişə hiss etmişik” - Yenilənib
“Biz bu dəstəyi həmişə hiss etmişik” - Yenilənib
“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”
“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”