Azərbaycan İdeyası

Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası keçirib -Fotolar

Tarix:27-09-2025, 16:43
Baxış Sayı:13

Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası keçirib -Fotolar

aia.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü münasibətilə Vəhdət Partiyasının Mərkəzi Qərargahında könüllü qanvermə aksiyası keçirilib.

"Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında təşkil olunan qanvermə aksiyası vətənpərvərlik, humanizm və dövlətçilik dəyərlərinə sadiqliyin nümunəsinə çevrilib.

Aksiyada Vəhdət Partiyasının Sədri Adəm İsmayıl Bakuvi və rəhbər şəxslər, Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, gənclər və partiyanın sıravi üzvləri iştirak ediblər.

Möhtərəm Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin uca tutulması və insanpərvər dəyərlərin qorunması barədə çağırışlarına uyğun olaraq, Vəhdət Partiyası bu təşəbbüsü həyata keçirib.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimi Şahgəldiyeva Tahirə xanım, tibb bacısı Nigar xanım Allahverdiyeva, laborant Səkinə xanım Vəliyeva və Sevda xanım Rəsulova tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyasının yüksək səviyyədə təşkilinə görə, Səhiyyə Nazirliyi Respublika Qan Bankının rəhbərlyinə və həkim -hematoloq kollektivinə dərin minətdarlığını bildirilib.

İlk mərhələdə çox sayda partiya üzvləri könüllü olaraq qan verib. Aksiya 44 gün ərzində partiyanın bütün rayon təşkilatlarında davam etdiriləcək və ümumilikdə 500-ə yaxın üzvün qanbankasına donor kimi qoşulması planlaşdırılır.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Vəhdət Partiyası gələcəkdə də bu kimi xeyirxah aksiyaları davam etdirmək niyyətindədir və bütün vətəndaşları bu nəcib təşəbbüsə qoşulmağa çağırır.

Aksiyanın sonunda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimi kollektivi ilə Vəhdət Partiyasının Sədri Adəm İsmayıl Bakuvi və rəhbər şəxslər, Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, gənclər və partiyanın sıravi üzvləri xatirə şəkili çəkdiriblər.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov