Azərbaycan İdeyası

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz peşəkar çıxışları ilə informasiya blokadasını yarmağı bacardı”

Tarix:25-09-2025, 11:42
Baxış Sayı:5

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz peşəkar çıxışları ilə informasiya blokadasını yarmağı bacardı”

“İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Bu savaş yalnız torpaqlarmızın azad olunması deyil, həm də xalqımızın birliyi, əzmi və mübarizə ruhunun təntənəsi idi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki vətəndaşların fədakarlığı düşmənə sarsıdıcı zərbələr endirdi. Xalqımız bir yumruq kimi birləşdi və milli həmrəyliyi ilə düşmənə təkcə hərbi yox, mənəvi üstünlüyünü də göstərdi. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən bu zəfər tariximizin ən parlaq səhifəsidir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri fikirlərini davam etdirərək Vətən mühaibəsinin gedişində ölkmizə qarşı ikinci cəbhə kimi açılan informasiya savaşında cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək diplomatik çeviklikdən danışıb: “Vətən müharibəsi yalnız cəbhədə deyil, informasiya meydanında da gedirdi. Ermənistan tərəfi saxta məlumatlarla dünyanı aldatmağa çalışsa da, Ölkə Prezidenti cənab İlham Əliyev öz peşəkar və prinsipial çıxışları ilə bu blokadanı yarmağı bacardı. Müharibə dövründə və sonrasında onlarla nüfuzlu beynəlxalq mediaya verdiyi müsahibələrlə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Dövlət başçımzın qətiyyətli, faktlara əsaslanan mövqeyi Azərbaycanın informasiya savaşında üstünlük qazanmasında həlledici rol oynadı. Cənab Prezidentin bu sahədəki çoxvektorlu fəaliyyəti diplomatik cəbhədə də böyük qələbəni təmin etdi. Bləliklə, Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi ilə birləşərək tarix yazdı. Savaş boyu strateji qərarlar, düzgün hərbi-siyasi yanaşma və xalqla qurulan səmimi ünsiyyət Azərbaycanın qələbəsini təmin etdi. Ermənistan və onun havadarlarının illərlə bölgədə qurmağa çalışdığı planlar iflasa uğradı. Bu zəfər sadəcə hərbi yox, həm də siyasi və mənəvi üstünlüyün təntənəsi idi.”

Sonda politoloq müharibə dövrünün eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığı üçün ciddi bir sınaq olduğunu da diqqət mərkəzinə çkib: “Vətən müharibəsi dövründə Azərbaycanın yanında qardaş Türkiyə dayanaraq, dünyaya bir daha türk birliyinin gücünü göstərdi. Müharibənin ilk saatlarından etibarən Türkiyə rəhbərliyi Azərbaycanın haqq mübarizəsinə tam dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları və qardaş türk xalqının həmrəyliyi xalqımıza əlavə güc verdi. Bu birlik yalnız siyasi deyil, mənəvi bir dayaq oldu. 44 gün ərzində nümayiş olunan bu qardaşlıq münasibətləri hər iki xalqın tarixində silinməz iz qoydu və birliyimizin sarsılmaz olduğunu sübut etdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov