Azərbaycan İdeyası

Layiqli Əmək Səfirləri ilə görüş keçirilib -Fotolar

Tarix:6-10-2025, 10:03
Baxış Sayı:8

Layiqli Əmək Səfirləri ilə görüş keçirilib -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfirləri ilə görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu “Layiqli Əmək Səfirləri” layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.
Görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən bəhs edilib.
Həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək göstərirlər. Belə ki, sosial məsuliyyətin gücləndirilməsində və sağlam əmək münasibətlərinin formalaşmasında layihənin rolu önəmlidir.

Tədbirdə Layiqli Əmək Səfirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, Konfederasiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər.
Görüşdə AHİK-in fəaliyyətindən və “Layiqli Əmək Səfirləri” layihəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.

Layiqli Əmək Səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr